Cəmiyyət

“Sipark”ın aldatdığı ailələr ÇƏTİN DURUMDA… – “Seymur İsayev dindirilsin!!!”

İllərdir paytaxtın Təbriz küçəsində bina tikən “Sipark inşaat” firması vətəndaşları süründürməkdədir. İlk vaxtlarda şirkəti piar edən, efirlərdə reklamla vətəndaşları şirnikləndirən “Sipark” rəhbəri Seymur İsayev azı 4 ildir ki, mənzil alanların gözünü yolda qoyub.

“Sipark”ın aldatdığı ailələr ÇƏTİN DURUMDA...

DİA.AZ reportyor.info-ya istinadla bildirir ki, ötən həftə yenidən toplaşaraq haqlı şikayətini çatdıran mənzil sahibləri şirkətin onları aldatmasından narazılıq ediblər. Onların sözlərinə görə, neçə ildir bina tikilib təhvil verilmir, insanlar kirayələrdə qalıb və belə görünür ki, ortada ciddi maliyyə mənimsəməsi, fırıldaqçılıq elementləri mövcuddur. Əks halda mənzillər çoxdan təhvil verilərdi. Artıq müraciətlərin nəticəsi olmadığını görən, şirkətin onlara şirin vədlər verdiyini anlayan vətəndaşlar Baş Prokuror Kamran Əliyevə şikayət etməyə hazırlaşır.

Bununla istənilir ki, Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başladılsın, Seymur İsayevin izahatı alınsın. Çünki ciddi şəkildə şübhələr yaranıb, “Sipark” rəhbərinin əməllərində qanunsuzluq olduğu güman edilir. Odur ki, dələduzluq etmiş digər tikinti firmaları kimi “Sipark”ın yüzlərlə ailəni aldatdığı fikri formalaşır. Yeri gəlmişkən, şirkətin adı bir sıra qalmaqallı hadisələrdə, Seymur İsayevin MTN generalı Akif Çovdarovla əlaqədə hallanıb. Bu faktlar da şirkət rəhbərinin fəaliyyətində qaranlıq və müəmmalı məqamlar olduğunu təsdiqləyir. Lakin “Sipark” vətəndaşların başının altına yastıq qoyur, onları hər dəfə inandırır ki, mənzillər təhvil veriləcək. Faktiki isə illərdir bina tikilib qurtarmır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir