Cəmiyyət

Alı Qocayev İŞƏ ÇIXMIR? – GİLEY

“Neçə müddətidr ki, Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin qəbuluna düşə bilmirik”. Bu barədə DİA.AZ-a bir qrup Samux sakini adından edilən müraciətdə deyilir.

Sakinlər bildirir ki, dəfələrlə Alı Qocayevin qəbuluna düşmək istəsələr də, QİH binası qarşısındakı polis işçiləri onları başçının qəbulu bir yana, hansısa yetkilinin yanına belə buraxmayıblar.

Sakinlər dia.az-a yazır: “Dəfələrlə qəbula girmək istəmişik. Amma buraxmayıblar. Artıq İcra hakimiyyətinin binası qarşısında yatmaqdan da yorulmuşuq. Bizi hədıləyirləır ki, həsb edəcəklər. Günahımız nədir? Başçı ilə görüşmək, dərdimizi, problemimizi ona demək istəyirik. Nə edək? Bakıya yürüş edək?”

Qeyd edək ki, Samux RİH-dən bu iddialarla bağlı DİA.AZ-a açıqlama veriilib. Adının çəkilməsini istəməyən Rİh yetkilisinin sözlərinə görə, Alı Qocayev işə çıxır və hər gün vəzifə başındadır: “Sadəcə, pandemiya səbəbindən qəbullar məhdudlaşdırılıb. Ola bilsin ki, həmin şikayətçilər də qəbula düşə bilməyən azsaylı sakinlərddir. Əksəriyyətə aidiyyatı üzrə cavab verilir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir