Cəmiyyət

Prezident yol tikintisinə 3,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncamla 0n dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.11-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,6 milyon manat ayırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir