Rusiya və Ukrayna arasındakı münasibətlərin kəskinləşməsi və hərbi əməliyyatlar Rusiyada yaşayan azərbaycanlı milyarderlərə də təsirsiz ötüşməyib. Belə ki, Rusiyanın qlobal banklararası məlumat və ödəniş sistemi olan “SWIFT” dən çıxarılması həmçinin Avropa tərəfindən Rusiyaya qarşı qoyulan digər embarqolar, milyarderlərin milyardlarla pul itirməsi ilə nəticələnib.
Zirveyolu.info-ın məlumatınaa görə, Bizim.Media “Forbes” nəşrinə istinadən bildirir ki, neftin qiymətinin kəskin bahalaşmasına baxmayaraq “Lukoyl” un ortaq sahibi Vahid Ələkbərovun sərvəti 5,4 milyard dollar azalaraq 19,5 milyard dollara düşüb.
Rusiyada yaşayan digər milyarder “Crocus Group” un sahibi Araz Ağalarov da zərər çəkən şəxslərdəndir. Sərvəti 1,2 milyard dollar dəyərində qiymətləndirilən məşhur biznesmen də ciddi itkilərə məruz qalıb.
Çerkizovski bazarının qurucuları, Lyublinodakı “Moskva” ticarət mərkəzi və bir neçə böyük iş yerlərinin sahibləri Qod Nisanov və onun ortağı Zarax İliyev də zərərçəkən azərbaycanlı milyarderlər sırasındadırlar.
Siyahıda biznes həyatına Rusiyadan gətirdiyi xəzləri Londonda satmaqla başlayan, “Notrgaz” şirkətinin sədri olan Fərhad Əhmədov da var. Şəxsi sərvəti 1,4 milyard olduğu qeyd edilən azərbaycanlı milyarderin də sərvətindən böyük məbləğdə itki verdiyi qeyd olunur.
Qeyd edək ki, Rusiyanın digər oliqarxları da hər gün milyardlarla dollar itirməkdə davam edirlər.
Belə ki, “Severstal”ın direktorlar şurasının sədri və əsas səhmdarı Aleksey Mordaşov 3,5 milyard dollar itirib. “Norilsk Nikel”in prezidenti Vladimir Potaninin sərvəti isə 3,3 milyard dollar azalıb.