Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Azərbaycandakı biznes imkanlarının bir-birinin ardından məhdudlaşdırılması haqda buna qədər də informasiyalar vermişdik. Belə ki, DİA.AZ olaraq FHN şefinə aid “Gilan Holdinq”ə aid biznes şəbəkəsindəki şirkətlərin ayrı-ayrı strukturlara birləşdirilməsi prosesini ictimailəşdirmişdik. Son olaraq əldə olunan məlumatlardan bəlli olur ki, K.Heydərov özü ilə yanaşı oğlanlarının da şirkəti ilə bağlı “kapitulyasiya” qərarını verib.
DİA.AZ xəbər verir ki, “United Enterprises İnternational Limited” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, ev 23 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “United Enterprises İnternational Limited” Böyük Britaniyada qeydiyyatdan keçib, “Gilan Holdinq” MMC-nin tərəfdaşıdır. Şirkət yerli nümayəndəliyini 2009-cu ildə yaradıb.
Bu rəsmi məlumat idi və reallıqda isə sözügedən şirkət də cənəbi quruluşu deyil və Kəmaləddin Heydərovun oğlanlarınıln adına xaricdə yaratdığı quruluşlardan biridir.
Xatırladaq ki, hələ keçən ilin yanvar ayında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2011-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Cafe Baku Limited” və “Azerbaijan Juices Limited” şirkətləri ləğv olunmuşdu.
DİA.AZ xəbər verir ki, Londonda “Lime Street 52” ünvanında yerləşən şirkətlər 14 gün əvvəl ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Qeyd edək ki, hazırda hər iki şirkətə Böyük Britaniya vətəndaşı olan 57 yaşlı Gillian Ralston Jordan rəhbərlik edir.
Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov 2011-2015-ci illərdə “Cafe Baku limited”, 2009-2015-ci illərdə isə “Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.
FHN nazirinin kiçik oğlu Nicat Heydərov isə 2011-2015-ci illərdə “Cafe Baku limited”, 2009-2015-ci illərdə isə “Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.
Məlumat üçün bildirək ki, vaxtı ilə Londonda Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi şirkətlərin əksəriyyəti bağlanıb. Hazırda yalnız iki şirkət – “United Enterprises İnternational Limited” və “Uei Restaurants Limited” şirkətləri öz fəaliyyətlərini davam etdirirlər. “Uei Property (UK) Limited” şirkəti isə 5 il əvvəl öz fəaliyyətini dondurub. Digər şirkətlərdə olduğu kimi bu şirkətlərə də Gillian Ralston Jordan rəhbərlik edir.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…