Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq edən şəxs axtarışa verilib.
Zirveyolu.info lent.az-a istinadla xəbər verir ki, Sahil Abuşov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilir.
S. Abuşov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış elan edilib.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, S. Abuşov “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxslərdən biridir. Onunla birgə Qulu Muxtarov və Səadət Xəlilov da təqsirləndirilir. Adları çəkilənlərdən yalnız S. Xəlilov həbs edilib. S. Abuşov isə istintaqdan yayınıb.