“”Kapital Bank”… yalan və süründürməçilik…” DİA.AZ bildirir ki, bu sözlərin müəllifi olan Həbib Rəhmanov adlı istifadəçi “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında giley edir.
Daha sonra narazı vətəndaş yazır: “Deməli, “Kapital Bank” maaş katı ilə ödəniş elədim. 01.02.2022-də ödəniş etmişəm… 182.58 azn. Ödəniş keçməyib. Zəng edib məlumat vermişəm, deyirlər, narahat olmayın, ödəniş keçməyibsə, 5-10 günə karta qayıdacaq.
03.03.2022-dir… Artıq bu gün 1 aydır mən yazıram zəng edirəm. Aldığım cavablar isə səbrli olun araşdırılır, aidiyyatı şöbəyə yönləndirildi, sizi anlayırıq amma bir az da səbr edin və s…
Bunlara görə ödənişim vaxtında olmaması bir yana, hələ öz pulumu da geri ala bilmirəm.
Üstəlik verdikləri RRN koduda sistemdə yoxdur”.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…