Dünya

Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi

Yoxlama nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Donbassda xüsusi əməliyyat keçirən bölmələrində bir neçə çağırışçı aşkar edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinq zamanı bildirib.

“Təəssüf ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən hissələrində çağırışçıların olması ilə bağlı bir sıra faktlar aşkar edilib”, – Konaşenkov bildirib.

Onun sözlərinə görə, təcili hərbi xidmət keçənlərin demək olar ki, hamısı artıq Rusiya ərazisinə qaytarılıb. Hazırda onların Ukrayna ərazisindəki döyüş bölgələrinə göndərilməməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, bundan əvvəl Ukrayna hərbçiləri maddi-texniki təminat tapşırıqlarını yerinə yetirən bölmələrdən birində xeyli sayda rusiyalı çağırışçıları əsir götürüb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada çağırışçıların olmasını qəti şəkildə təkzib etmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir