Cəmiyyət

Şəmkirlilər gənc başçını həm də BUNA GÖRƏ SEVMİR… – ETİRAZ

“Rəşad Tağıyevin Şəmkirin siyasi tarixinə biabırçı başçı kimi düşəcəyinə artıq hər kəs əmindir. 6 aydır rayona rəhbərlik edən gənc oğlan, atdığı hər addımda etdiyi siyasi səhvlər insanları yumşaq desək, bezdirib”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: “Alimpaşa Məmmədovdan qalma səriştəsiz, savadsız, qabiliyyətsiz kadrlardan heç cür yaxasını qurtara bilməyən gənc oğlan, demək olar rayonda bütün nüfuzunu itirib. Xəbər aldıq ki, Rəşad Tağıyev icra hakimiyyətinin xidməti binasına arxa qapıdan girib çıxır. Rəşad müəllimin qəbulunu gözləyərkən maraq üçün keçdik binanın arxasına. Burdan Rəşad Tağıyevə müraciət edirik, heç olmasa insanlardan qaçıb gedib gəldiyiniz yeri təmizlətdirin, Şəmkirin icra başçısına yaraşmır elə zibilxanadan gedib gəlmək.

***

Respublikanın bütün rayonlarının rəsmi Facebook səhifəsinin mövcud olduğunu hamımız bilirik. Adlar çəkib, sadalamaq istəmirik, ancaq görünən o oldu ki, bütün Respublikanın icra başçıları 8 mart gününü şəhid anaları, bacıları, qızları, ailələri ilə qeyd etdi. Burda qeyri-adi heç nə yoxdur, bu onların öncə vəzifə sonra mənəvi borclarıdır. Onların övladları, ataları, həyat yoldaşları canından keçəndə, düşünürdülər ki onların ailələrinə sahib çıxacaq dövlət var arxalarında. ŞƏHİDLƏRİMİZ sağ olsaydılar, onların ailələrinin gözü yolda Rəşad Tağıyevdən təbrik gözləməzdilər. Şəmkir rayon icra hakimiyyətinin Facebook səhifəsinə baxanda insan dəhşətə gəlir. Rəşad Tağıyev icra hakimiyyətinin bir neçə nəfər xanım əməkdaşını öz ayağına, öz otağına çağıraraq şəkil çəkdirmək üçün ümumrayon tədbiri keçirir.

Tədbirdən sonra da tələm-tələsik gəlir Bakıya. Rayonda gəzən söz söhbətə görə Rəşad Tağıyevin başı qarışıb Bakıdan özünə 1-ci müavin gətirməyə, o səbəbə görə də hər həftə Bakıya gəlir ki, bu ağır işi yüksək dairələrdə həll etsin”.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir