Cəmiyyət

“Qüsursuz Nitq Mərkəzi” Yoxsa, “Pul Kəsən Maşın”?

Facebook səhifəmizin rəy bölümünə “Qüsursuz Nitq Mərkəzi” və onun rəhbəri haqqında mənfi yazı şərh olunub.

Bildiyiniz kimi, Azərbaycanda psixoloqların, loqopedlərin sayı günü- gündən artmaqdadır. Demək olar ki, psixalogiya elmi asan bir dolanışıq sahəsinə çevrilib.

İnsanlar rahat şəkildə aldadılır, tələyə salınır.Qiymətlər baha amma keyfiyyət və nəticə yoxdur.Bu saxtakarlıqla dolu psixologiya və nitq mərkəzdən, oranın özünə arxeyin müdiri Esmira Qafarovanın qoyduğu ”tələblərə” öz vicdanına görə əməl etmədiyən işçilər dərhal işdən qovulur.


Çünki baltanın sapı özümüzdəndir. İlan- kəpənək donuna girib, necə ki, qurd quzu donuna girir. Yağışdan sonra göbələk kimi artan psixologiya mərkəzlərinin çox azında keyfiyyətli xidmət var və əksəriyyətində xalqımıza qarşı cinayət aparılır! Çox qəddar və amansızcasına! Körpələrimizə zərbələr vururlur! Pul tələsinə düşən validenlər aldadılır!

“Qüsursuz Nitq Mərkəzi” syans qiymətləri od tutub yanır. Bir kəlmə söz soruşmaq 50- 100 manat arası dəyişir. Kasıb və əlacsız insanlar əlacsız şəkildə məcburən mərkəzin rəhbəri Esmira Qafarovanın qoyduğu qiymətlərlə razılaşmalı olurlar.

Televiziya verilişlərinin bəzilərində “Qüsursuz Nitq Mərkəzi”nin reklamı çox şeylərin üstünü örtbastır edir. Mərkəzin sahibi Esmira Qafarova yalanlardan tor qurub ,sadəlöhv valideynləri tələyə salaraq , pul qirir. Bu cinayətin qurbanı həm ora müştəri kimi müraciət edən valideynlər həm də elə oranın işçiləridir.

Sözügedən mərkəzin qiymətləri o qədər bahadır ki, məhz kasıb, yoxsul insanlar qapının kəndarından baxmalı olurlar.

Hətta “Qüsursuz Nitq Mərkəzi” haqqında mənfi fikir söyləyən insanlar məhkəmə ilə hədələnirlər. Bir sözlə, bu mərkəz toxunulmazdır!

Nəzərinizə çatdıraq ki, Xəbəral.az saytının, nə Esmira Qafarova ilə nədəki, onun mərkəzi ilə heç bir şəxsi qərəzi yoxdur.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq…Xəbəral.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir