Siyasət

AAYDA rəhbərliyinin DAHA BİR ÖLÜM TƏLƏSİ… – NƏ VAXTA QƏDƏR…

 Səhər saatlarında Zığ-Hövsan yolunda ağır qəza baş verib.

DİA.AZ xəbər verir ki, hadisə “Mersedes” markalı avtomobillə “Toyota” markalı minik avtomobilinin toqquşması nəcəsində baş verib.

Şahidlərin sözlərinə görə, hadisəyə avtomobillərdən birinin ötmə əməliyyatı etməsi səbəb olub. Qəzada sürücülərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, Zığ-Hövsan yolunun təmiri 8 ildir bitmir. Bu yolda günaşırı qəzalar baş verir.

AAYDA rəhbərliyinin DAHA BİR ÖLÜM TƏLƏSİ...
AAYDA rəhbərliyinin DAHA BİR ÖLÜM TƏLƏSİ...

DİA.AZ bildirir ki, bütün bu qəzaları ancaq bir ünvana – AAYDA rəhbərliyinin ayağına yaza bilərik. Onlardan bir soruşan gərəkir: Yollar niyə təmirdə ilişib qalır? Vəsaitmi qurtarıb? Qurtarıbsa, NİYƏ? Və yaxud da az ayrılıbsa, nədən əlavə vəsait ayrılmır? Nə zamana qədər insanlarımız sizin kimilərin qurbanı olacaq? Nə zamana qədər sizin kimi yarıtmaz məmurlar millətin baş bəlasına çevriləcək?

Hər halda, bu sualların cavabı tapılsa… verilsə yaxşıdır…

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir