Dünya

Bazar bir qərarla qarışdı: Manat dollara “uduzacaq”? – NƏ ETMƏLİ?

ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) Federal Açıq Bazar Komitəsi (FOMC) siyasət faizini 0 – 0,25 faiz aralığından 0,25-0,50 faiz aralığına qaldırıb.

Beləliklə, FED 2018-ci ilin noyabrından bəri ilk dəfə olaraq faiz dərəcələrini artırıb. FED siyasət faizini 0,25 bənd artırıb. Faiz artırmağa qərar verən FED ilin qalan dövründə 6 dəfə faiz artırmağı nəzərdə tutur.

FED-in bu qərarı valyuta bazarında ilkin olaraq əks-effekt verib və nəticədə dollar əsas rəqibi olan valyutalara qarşı ucuzlaşıb.

Ekspertlər hesab edir ki, dolların bu ucuzlaşması müvəqqəti xarakter daşıyır. FED-in uçot dərəcəsini artırmaqla bağlı qərarı manata necə təsir edəck? Bu artım manat-dollar münasibətlərinə hansı dərəcədə təsir göstərə bilər? Dia.az-ın əlumatına görə, iqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, FED-in qərarı manata təsir etməyəcək:

“Uçot dərəcəsinin artırılması ilə bağlı məlumat çıxan andan bazarda voleterlik var. Yəni valyuta cütlükləri olan avro-dollar, funt-strlinq-dollar, yen-dollar arasında dalğalanmalar gedir. İlk mərhələdə dollar mövqelərini itirdi, ucuzlaşdı. İlkin mərhələdə bu, əks-effekt verdi, amma hesab edirəm ki, bu müvəqqətidir. Bu proses öz axarında davam edəcək. Manat-dollar münasibətində isə durum fərqlidir. Manat tam olaraq üzən məzənnə rejimində deyil. Manat fiks qiymətdədir. FED neçə illərdir uçot dərəcəsinin sıfırlama prosesini həyata keçirir, manat buna reaksiya vermir. Uçot dərəcəsinin qalxmasına da manat reaksiya verməyəcək”.

Ekspert bildirib ki, yaxın gələcəkdə manatın ucuzlaşması ilə bağlı ənənəvi üsulda hansısa təsir yoxdur:

“Neftin qiyməti kifayət qədər yüksəkdir, eyni zamanda idxal-ixrac əməliyyatları arasında balans sabitdir. Maliyyə dayanıqlılığı normaldır. Büdcə xərclərində isə neftin qiyməti kifayət qədər nəzərə alınıb. Bütün göstəricilər manatın xeyrinədir, heç bir təzyiq elementi yoxdur. Yəni manat ucuzlaşmayacaq. Təbii ki, manat üzən məzənnədə olsaydı, dünya bazarındakı dalğalanmalar manata da təsir edərdi”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir