“Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq”, – Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib.