Cəmiyyət

“Faktor Lizinq” əlil ailəsinə QARŞI – GİLEY

“Mən 2016-cı ildə mūalicəm ūçūn kredit götūrmək istədim və bütün banklara baş çəkdim. Heç bir bank manatla kredit vermədi. Dolların kursu 1.50 idi. Getdim “Faktor Lizinq”ə. Oranin təmsilçisi Ruslan Alıyevlə anlaşdıq. Dedi Bakıda evin varsa, sənədini gətir, biz dollarla kredit veririk. Dedim, men Qazaxda yaşayiram. Bakıda evim yoxdur”. DİA.AZ bildirir ki, bu barədə şikayətində Qazax sakini Sevda Xanməmməd qızı İsgəndərova yazır.

Özü 3-cü qrup gözdən əlil olan şikyətçinin həyat yoldaşı da 1-ci Qarabağ Müharibəsinin Qazisidir.

Narazı vətəndaş daha sonra dia.az-a yazır: “Dedi, yaxınlarınızın evi varsa, o da olar. Mənim qızım Bakıda yaşadiģi ūçūn onun evinin sənədini apardım. Mənə 30 min dollara göre qrafik yazdılar. Ayda 1115 dollar ödəmək şərti ilə. 24 aylıq 20 faizlə. Dedim bəs 24 ay 1115 dollar ödəməklə bu pul bitmir, artıq summa qalır yerde. Ehtiram dedi ki 2 ildən sonra yerdə qalan pulu yeniden bir il artırıb aylara böləcəm. Ev qızımın yoldaşının adına olduğu üçün o qardaşına etibarnamə verdi ki onun əvəzindən iştirak etsin. Nərimanovda 9 saylı notariusda Rəşadətin yanına getdik. O bizə dedi ki gedin bir az gəzin, sonra gələrsiz. Ona kimi sənədlər hazır olsun…

Nə isə, gəldik dedikleri vaxtda. Mənə 30 min dollarin yerinə 45 min manat pul verməli idilər. Ancaq būtūn sənədlərə qızımın qaynı Aqil də, mən də qol çəkdik. Ruslan dedi gedek lizinqə Ehtiramin yanına. Notariusdan çölə çıxdıq. Ruslan mūdiri Ehtirama zəng etdi. O da buna nə dedisə, mənə 35 min manat verdi.

Dedim, bəs 10 min manatı hanı… Dedi, onu lizinq xərclərinə çıxmışıq. Pulu götūrūb gəldim evə. Yoldaşım dedi ki, sabah get Ruslana denən aydın yazsın, görək “lizinq xərci” hansılardı… Sabahı günü getdim Ruslanın yanına, dedim, evdə kişi məni danladı. Sən bir kaģıza qeydiyyat yaz, aparım verim yoldaşıma. Ruslanın dayısı da mənim yoldaşımla bir yerdə işləyirdi, isti mūnasibətlərimiz varıydı ailələr arasında…

Ruslan gūlə-gūlə yazdı verdi. 5800 manat lizinq xərci, 2800 manat vergi… 400 manat notarius, yerdə qalanı da “şapka”…

Mən 35 mindən bir il 6 ay pul ödədim. Cəmi 22 min pul ödədim, dollar 1.50-dən 192-yə qədər qalxdıqca mən kreditimi hər ay ödədim. Pul çatmayanda evimin soyuducusunu, paltaryuyanımı satdım ödədim. Onkoloji xəstə olduğum ūçūn 2019-cu ildə Moskvaya mualicəyə getdim. Sonra pandemiya oldu, ailəliklə hamımız korona olduq. Mən Zığda Modul tipli xəstəxanada yatdım… çox ağır formada…

İndi bu Ehtiram və Ruslan mənim axırıma çıxıblar. Mən ölsəm, səbəbkarı o ikisidir. Būtūn məhkəmələri tapşırıqla uddular”.

Dia.az bildirir ki, şikayətçi müraciətinin sonunda “Faktor Lizinq” tərəfindən ondan qanunsuz olaraq 115 min manat pulun tələb olunduğunu bildirir. İş hazırda məhkəmə instansiyalarındadır…

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir