Cəmiyyət

“Tenderlər kralı” Hacı Ramazanın oğlu qəzaya düşdü – VİDEO

Yağmurlu hava rayonların birində yol qəzası ilə nəticələnib.

Zirveyolu.info xəbər verir ki, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə “Ford Mustang” markalı avtomobil qəzaya uğrayıb. Yolların sürüşkən olması səbəbindən 44-BB-044 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dərəyə düşüb. “Mustang” kran vasitəsilə düşdüyü yerdən çıxarılıb və masının dərədən çıxarılma görüntüləri sosial şəbəkədə paylaşılıb.

“Tenderlər kralı” Hacı Ramazanın oğlu qəzaya düşdü

Qeyd edək ki, adının çəkilməsini istəməyən şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə avtobili idarə edən tenderlər kralı kimi tanınan Hacı Ramazan Mirzəyevin oglu olub. Əslən Masallıdan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub. Deyilənə görə, R.Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavoduda inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin, N.Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.

Hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən “Kontakt Home” mağazasının və “Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi deyilir. Bu haqda mətbuat geniş xəbərlər yayıb. Bütün bu iddialara isə R.Mirzəyev tərəfindən heç bir açıqlama verilməyib. Onun fikirlərini ətraflı şəkildə işıqlandırmağa, ona yönəlik ittihamlara aydınlıq gətirməsinə cavab haqq verməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir