Kriminal

Vətən müharibəsi iştirakçılarından rüşvət alan şəxslərdən XƏBƏR VAR

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının sabiq bölmə rəisi Vüsal Qorxmaz oğlu Eyvazov və həmin Hospitalın digər əməkdaşı Hüseyn İlham oğlu Ağayev barəsində başlanılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

iş Bakı Hərbi Məhkəməsinə göndərilib. Hazırlıq iclası aprel ayının 4-ü saat 10:00-a təyin edilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatındadır.

Qeyd edək ki, adıçəkilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Belə ki, Vüsal Eyvazovun xidməti vəzifələrinin icrası zamanı Hüseyn Ağayevin vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir