Cəmiyyət

Şəkidə dövlət hesabına formalaşan MİNİ-OLİQARX… – İDDİA

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin çoxlu müavini var:
Köçərli Həsənov, Teyyub Cabbarov, Seymur Seyidov və İlqar Tağıyev və başqaları.
Vallah, heç ABŞ prezidentinin bu qədər müavini yoxdur.
Məlumdur ki, Qorxmaz Hüseynov 1 ildir ki, ASC-nin sədri vəzifəsini tərk edib və sədr vəzifəsi müvəqqəti olaraq sədrin müavini Köçərli Həsənova həvalə edilib.
Amma su ilə ilə bağlı problemlər bitib-tükənmək bilmir.
Təsəvvür edirsiniz, “Tərəqqi” medalı ilə təltif olunmuş “Şəki Sukanal” TSC-nin direktoru Bayram Məmmədov barəsində hər gün mediada neqativ məlumatlar dərc olunur.
Ümumiyyətlə, “Azərsu” ASC-nin tabeçiliyində olan rayon idarələrində özbaşınalıq hökm sürür.
Təsəvvür edirsiniz ərazidə fəaliyyət göstərən şirkətlər, ictimai-iaşə obyektləri, şadlıq evləri və s rayon su idarəsinin rəhbərliyini “görür” və məsələ bitir.
Yəni ASC-nin rayon qurumlarının müdirləri suyun hesabına milyonçuya çevrilirlər.
Belə “su müdirlərindən” biri də “Şəki Sukanal”ın direktoru Bayram Məmmədovdur.
Bu adamın səriştəsizliyi, təhsili olmayan tanışlarını, savadsız qohum-qardaşlarını idarəyə doldurması ilə bağlı mediada nə qədər yazılıb.
Deyilənə görə, Bayram Məmmədov maliyyədən anlayışı olmayan, işıq idarəsindən qovulan, təhsili olmayan Qismət adlı qohumunu abunə şöbəsinə müdir təyin edib. Gün ərzində 1 saat işdə olmur, özünə məxsus aptekdə dərman satır.
Bayram Məmmədov uzun illərdir idarəyə rəhbərlik edir. Dövlət büdcəsindən ayrılan vəsaiti təyinatı üzrə deyil, hara istəyir ora xərcləyir.
Rayonun su kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı İsveçrənin Şerko yardım təşkilatı, Almaniya İnkişaf Bankı maliyyə dəstəyi verib.
Amma Bayram Məmmədov həmin pulları hara silib, necə xərcləyib bilən yoxdur.
Daha doğrusu, bilən var.
Belə ki, həmin bahalı layihəni Bayram Məmmədov tenderdə öz yaxınlarına verib və neçə milyonluq layihə hələ də yerinə yetirilməyib.
Hələ bu harasıdır ?
Bayram Məmmədovla bağlı “Azərsu”da müxtəlif lətifələr dolaşır.
Deməli, müşavirələrin birində “Azərsu” ASC-nin rəhbərliyi Bayram Məmmədovdan soruşub ki, Şəkiyə çəkilən su turbalarının DİAMETRİ hansı ölçüdə olmalıdır ki, əhalinin su təminatı ödənilsin…?
DİAMETR sözünün mənasını anlamayan “Şəki Sukanal”ın direktoru Bayram Məmmədov yanında oturan “incinar”ına baxıb və görüb ki, o da bilmir…
Əlacsız qalan Bayram Məmmədov, iki əlinin yanaşı gətirərək deyib ki, yoldaş rəis, LÜLƏYİ BU BOYDA olsa su çatar…
İndi gördünüzmü, Şəki boyda rayonun Sukanal idarəsinin direktoru diametr anlayışını bilmir və turbanın ölçüsünə lülək deyir. Və bilmir ki, lülək afatafada olar.
Belə birisini rəhbər vəzifəyə qoymaq özü cinayətdir.
Bəli, Şəki Sukanal idarəsi sanki cinayət mənbəyidir.
Belə ki, Bayram Məmmədov əvvəllər QAİ-də işləyən qardaşı Nəsiri idarədə söz sahibi edib. Nəsirin təhsili-zadı yoxdur. Amma, böyük bir şirkətin təsisçisidir.
Nəsir Məmmədov əvvəllər Şəki postundakı 5-ci tağımda adi QAİ işçisi olub.
Bəli, Nəsirin təsisçi olduğu “Əfqan” şirkətini Məmməd idarə edir.
Bayram Məmmədovun qardaşı Nəsir Məmmədov Şəkidə tender kralı kimi ad çıxarıb. Və onun təsisçi olduğu şirkətin də adı oğlu Əfqanın adı ilə bağlıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Nəsir Məmmədov baş nazirin sabiq müavini Abid Şərifovun sağ əli sayılır.
Nəsir Məmmədov Şəki məhkəməsinin binasının, həbsxananın, Polis idarəsinin inzibati binasının “baş memarı”dır.
Bəli, hazırda keçmişdə QAİ işçisi olan Nəsir Məmmədov Şəkidə kanalizasiya çəkməklə məşğuldur.
Görəsən, “Azərsu”nun müvəqqəti şefi Köçərli Həsənov bu barədə nə düşünür..?
Ay Köçərli müəllim, QAİ hara, kanalizasiya çəkmək hara..?
Yuxarıda qeyd etdiyimiz kimi “Əfqan” şirkəıtinin təsisçisi Nəsir olsa da idarə edən Məmməd adlı şəxsdir.
Şəkililər deyir ki, QAİ-şnik Məmməd Azərsu-da su kanalizasiya məsələləri mövzusunda doktorluq dissertasiyası yazır.
Lətifəni sevən Şəki sakinləri deyir ki, rayonda su kanalizasiya çəkənlərin hamısı rayonun Göynük kəndindəndir. OLSUN.
Nə olar. Amma turbanın ölçüsünün diametri LÜLƏKLƏ deyil, millimeter, yaxud santimetrlə ölçüldüyünü bilsinlər.
Bunu bilsələr, hansı kənddən olmağın əhəmiyyəti yoxdur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Xatırladaq ki, yazıda müxtəlif saytların yazılarından istifadə edilmişdir. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir