Hər zaman el aşıqları, şairləri el-obada baş verən qanunsuzluqları, ədalətsizliyi nəzmə çəkərək cəmiyyətlə bölüşərdilər.
Və ixtiyar sahibləri, indiki dillə desək məmurlar, vəzifəlilər el şairlərinin dilinə düşməmək üçün ədalətli olmağa çalışardılar.
Əbəs yerə deyil ki, el şairi Qasım bəy Zakir bir zamanlar yazırdı ki…
Xandəmirov çaldı, çapdı mahalı,
O ki tutub özün keçəl…
Xandəmirov kim idi..?
Bu günkü dillə desək hansısa mahalın böyüyü…
Yaxud başqa bir misal:
Yenə ötür-ötür, apar-apardir…
Müasir dilə çevirsək, yəni məmurlar rüşvət alaraq bir-birinə ötürür…
İndi özünüz gördünüzmü, eyni problemlər qalmaqda davam edir və…
Bu gün el aşıqlarımız, şairlərimiz yenə də öz sözlərini deməkdən çəkinmirlər.
Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmış bir audio çəkilişdə Ağcabədidən olan el şairi rayonun icra başçısını vəsf edir. Buyurun onun öz dilindən eşidin.
Əgər hissin yoxsa, qananam demə,
Alışıb odlanıb yananam demə,
Çalışıb vətənə, elə, obaya,
Gərək deyilsənsə, İNSANAM demə…
El şairi sonda deyir ki, bunu Ağcabədinin icra başçısı Rafil Hüseynova üzümü tutaraq deyirəm.
Cənab Rafil Hüseynov, bunu biz, Gündəlik-Bakı demir ee, rəhbəri olduğun Ağcabəsinin el şairi deyir.
Bəlkə, onu da məhkəməyə verəsən ?
Deyirəm, yazıq el şairi bilsə idi ki, icra başçısı Rafil Hüseynov rayondakı uşaq bağçalarındakı körpələrin payını da basıb yeyir, onu başqa cürə də vəsf edərdi.
Gör bu insan nə qədər tamahkardırsa, uşaqların da payına tamah salır.
Bəli, dövlətin uşaq bağçalarına ayırdığı ərzağın çoxu Rafil Hüseynovun adamlarının əli ilə soyuducu deyilən yerdən götürülərək bazarlarda satdırılıb başçıya verilir.
İcra başçısının uşaq bağçalarının ərzaq və qida təchizatı ilə bağlı sövdələşməsi rayonda hamıya bəllidir.
Ünvanı da dəqiq deyə bilərik:
“Soyuducular” deyilən ərazi, MERO-nun yanı…
Hələ bu harasıdır..?
İcra başçısı Rafil Hüseynovun öz səlahiyyət həddini aşaraq bağça müəllimələrini testdən keçirməsi, onları sorğu-suala tutması, işdən çıxarması, boş qalan yerləri satması barədə Gündəlik-Bakının ilk yazılarından sonra məsələ ictimailəşdirildi.
Və bir müddət sonra cənab Prezidentimiz uşaq bağçalarının icra hakimiyyətlərinin tabeçiliyindən alınıb Təhsil Nazirliyinə qaytarılmasını təmin etdi.
Biz o iddiada deyilik ki, bunu biz elədik, amma bu işdə bizim yazıların da rolu oldu.
Hətta uşaq bağçaları ilə kifayətlənməyən Rafil Hüseynov rayondakı orta məktəb müəllimlərini də testdən keçirmək istəyirdi.
Məqsədi aydın idi. Yüzlərlə, minlərlə məktəb müəllimlərini, bağça işçilərini işdən azad etmək adı altında yüz minləri qazanmaq.
Bu adamdan soruşan olmadı ki, sən kimsən ki, Təhsil nazirinin səlahiyyətini mənimsəyirsən..?
Bu adamda azca da özünə hörmət hissi olsaydı, polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə vətəndaşı tumançaq-alt paltarla sürüyüb aparanda özü vəzifəsindən istefa verərdi. Amma..
Əmması odur ki, ata istefa verməsə də cənab Daxili İşlər Naziri Vilayət Eyvazov bu rüsvayçılığa görə, zabit adına ləkə gətirən Şəhriyar Hüseynzadəni polis sistemindən uzaqlaşdırdı.
Kimsə deyə bilər ki, ata və oğlu bir-birinin əməllərinə görə cavab verməli deyil. Olsun.
Onsuz da ata Rafil Hüseynovun əməlləri bütün respublikaya bəllidir.
Bu adamın ömür boyu dövlətdən aldığı maaşı keçən dəfə hesablayıb milyon yarıma güclə çatdırmışdıq. Amma bir şərtlə. Yeməsə, içməsə, geyməsə…
Bəs onda Novxanıdakı dəyəri 10 milyon olan villanı Rafil Hüseynov hansı pulla tikdirib..?
O el aşığına demək lazımdır ki, bu villaya da bir şeir həsr eləsin.
O el aşığına demək lazımdır ki, gələn dəfə icra başçısının şəhidin atasına kəllə atmasından, rayondakı turbaları kəsib “metallom” kimi satdırmasından, sahibkarlara zülm etməsindən, Masallıda icra başçısı olarkən köhnə qəbristanlığı sökdürüb yerində ticarət obyektləri tikdirməsindən bəhs etsin.
Rafil Hüsynovla bağlı nə qədər maraqlı və müxtəlif mövzu lazım olarsa, biz el şairinə təqdim edə bilərik.
Təki, Rafili vəsf eləsin. Və gələcək nəsillər də görsün ki, Rafil Hüseynov kim olub, nəçi olub…
Bəlkə Qarabağ şəhidinin halal statusunu ləğv etdirmək üçün dəridən-qabıqdan çıxmağından, müxtəlif dövlət orqanlarına sorğu göndərməyindən bəhs edək, cənab Rafil Hüseynov..?
O şəhidin valideyni səndən əkib-becərmək üçün torpaq istəmişdi dəə…
O valideynin oğlu şəhid olub ee, səninn oğlun kimi səhər-axşam barlarda gözəlçələrlə gün keçirməyib…
Rafil Hüseynov, deyəsən səni el şairləri vəsf etməli olmayacaq. Bir filmdə deyilən kimi, vəsf zamanı deyil, Afət…
Səni qara maskalılar aparacaq, Rafil Hüseynov…
P.S Həəə deyirlər əvvəllər özünə ağsaqqal bildiyin adamı indi yanındakı işçisi ilə şantaj edirsən, hərdən bir Taleh müəllimə də sifariş göndərirsən. Dostumuz olan hüquqşünas vasitəsilə keçmiş ağsaqqalın barədə mətbuata məlumatlar sızdırırsan. Biləsən ki, o adamın hamının yanında hörməti var. Sənin verdiyin məlumatlar heç kimə lazım deyil, çünki o icra başçısı olduğu dövrdə və indi də dövlətə, dövlətçiliyə, cənab Prezidentimizə çox sadiqdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//