Cəmiyyət

5 saniyəyə 500 evi ÜYÜDƏN MİDA rəhbərliyinə yol qaydası da AİD DEYİLMİŞ… – BU DA FAKT!!!

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

Zirveyolu.info xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib.

Belə ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.

Video burada:
VİDEOYA BAXMAQ ÜÇÜN BURA TIKLAYIN….

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir