Cəmiyyət

Masallı rayon Tüklə kənd sakinləri Mehriban Əliyevaya müraciət edib

Masallı rayon Tüklə ərazi vahidində yaşayan sakinlər kəndin məktəb problemi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər. Surəti mediaya göndərilən müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Mehriban xanım!

Masallı rayon Tüklə ərazi vahidinin 4 minə yaxın əhalisi adından Sizə müraciət edirik. Bildirək ki, Tüklə ərazi vahidi Masallı rayonun cənub-qərbində dağların qoynunda, çox səfalı bir güşədə, rayon mərkəzindən 22 km. aralıda yerləşir. Tüklə ərazi vahidi 3 kəndi (Tüklə, Məmmədoba və Tiyağani) özündə birləşdirir və 4000 (dörd min) nəfərə yaxın əhalisi var. Böyük bir ərazi və əhali üçün nəzərdə tutulan 480 yerlik yeganə orta məktəb 1979-cu ildə tikilib və bu günədək bir dəfə də olsun təmir olunmamışdır. Kənd camaatı öz daxili imkanları hesabına məktəbi qoruya bilib. Qarabağ müharibəsində 11 nəfər məktəbimizin məzunu şəhid olmuşdur. Məktəb məzunlarımızdan 3 elmlər doktoru-Babayev İsmayıl texnika elmləri doktoru, Qaraxan Mirzəyev fizika-riyaziyyat elmləri doktoru, Baxışov Əlimərdan tibb elmləri doktoru, Babayev Rafiq fizika-riyaziyyat elmlər namizədimiz var. Məktəb məzunlarımızın sorağı dünyanın müxtəlif yerlərindən gəlir və kəndimizi layiqincə təmsil edirlər. İndi məktəb binasi yararsız vəziyyətdədir.

Sizin təhsilə qayğınız və humanizminizə olan inamımızla məktəbimizin təmir olunmasına bizə köməklik göstərməyinizi xahiş edirik”.






Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir