Cəmiyyət

“Proqress 2016” MTK-nı kimlər müdafiə edir..? – İDDİA

Sovet dönəmininn başa çatması ilə vətəndaşların pulsuz mənzillə təmin olunması məsələsi başa çatdı.
Yəqin yaşlı insanlar bilir ki, tələbəliyi başa vuran və təyinat üzrə işlə təmin olunan şəxs 3 il müddətində mənzillə təmin olunmalı idi. Bu qanun idi.
3 il müddətinə qədər isə ailəvi yataqxanada yer alırdı.
Digər zavod və fabriklərdə çalışan insanlar da mənzil növbəsinə dayanaraq uzağı 4-5 ildə mənziə sahib olurdular.
Özü də pulsuz…
Amma müstəqillik dönəmində bu məsələ başa çatdı. Yəni kimin pulu-parası varsa, 20 yerdə ev ala bilər, pulun-paran yoxdursa, özün bil…
Məhz buna görə də, Mənzil Koopertaiv Təşkilatları ( MTK ) bundan istifadə edərək, vətəndaşların mənzilə olan tələbatını ödəmək üçün müxtəlif yollara əl atdılar.
Və şəhərin müxtəlif yerlərində torpaq sahəsi alaraq uca binalar tikməyə və vətəndaşlara mənzillər satmağa başladılar.
Yəni birincisi, MTK-nın sahibi Bakı Şəhər İcra Hakimiyyətinə, tikintinin olacağı ərazinin Rayon İcra Hakimiyyətinə, nə bilim Arxitektura Komitəsinə, FHN-ə, Qaz idarəsinə, Su İdarəsinə, İşıq İdarəsinə və daha haralara külli miqdarda rüşvət verərək bina tikintisinə icazə alırdılar.
Deməli, əvvəlcədən mənzillərin qiyməti 1-ə 5 dəfə artırdı. Çünki ortada rüşvət var.
Ona görə də MTK rəhbərləri əvvəlcədən mənzil almaq istəyən şəxslərdən xeyli miqdarda pul alaraq müqavilə bağlayır və mənzilin uzağı 1 ildən sonra hazır olacağını vəd verirdilər.
Sözün qısası, vədə tamam olanda mənzil hazır olmurdu, ya da bəlli olurdu ki, 1 mənzil bir neçə nəfərə satılıb.
Məsələ məhkəməyə çıxanda məhkəmə də öz pulunu alıb MTK sahibini haqlı çıxarırdı.
Gündəlik-Bakı oalraq belə MTK sahiblərindən biri, yəni “Proqress 2016” MMC-nin sahibi Emil Səməndərovun əməlləri barədə xeyli müddətdir ki, yazırıq.
Birincisi, onu vurğulayaq ki, Emil Səməndərovlar gəlib-gedə bilər. Amma minlərlə vətəndaşı dövlətdən narazı salmaq, yolverilməzdir.
Bu böyük cinayətdir. Vətəndaşın öz dövlətinə inamı sarsılanda böyük problemlər yaranır.
Sözün qısası, bu Emil Səməndərov köhnənin aldadanıdır. Bunu biz demirik.
Bu adamın barəsində Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt və s məhkəmələrdə konkret dələduzluq əməli ilə bağlı xeyli sayda cinayət işi olub.
Amma Emil Səməndərov hansı yollasa, daha doğrusu, rüşvət yolu ilə “quyu”dan çıxa bilib.
Bax, onda Emil Səməndərov düşünüb ki, PULUNU ver, nə istəyirsən elə…
Deməli, daha böyük “razmer”də, böyük miqyasda dələduz olmalısan ki, sənə dəyib-toxunan olmasın.
Beləcə, Emil Səməndərov xırda dələduzluqdan əl çəkərək böyük işlərlə məşğul olmaq qərarına gəlib.
Və beləcə, bir nəfərə 5-10 manat deyil, 5-10 nəfərə mənzil atıb.
Deməli, ortada müqavilə olsa da, vətəndaş gəlib görür ki, ona məxsus mənzildə başqa ailə yaşayır. Və onların da qanuni sənədləri var.
Beləcə, Emil Səməndərovun 1200 nəfər “dvoynik” müştərisi əmələ gəlib.
Yəni 1200 nəfər müştərini Emil Səməndərov aldadıb.
Bunu 50-60 min manata vuranda milyonlarla pul edir. İndi pulunu ödəyib mənzil sahibi ola bilməyən vətəndaşlar qalıblar dövlət qurumlarının arasında.
Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçirirlər. Amma faydası yoxdur.
Hətta şikayətçilər deyir ki, Emil Səməndərov özünə idmançı mühafizəçilər götürüb, biz ona yaxınlaşa da bilmirik.
Təsəvvür edirsiniz vətəndaş gedib pulunu da geri tələb edə bilmir.
Söhbət sıravi vətəndaşlardan getmir ee….
Şəhid ailəsi Emil Səməndərovdan hətta halal pulunu geri ala bilmir.
Belə ki, 44 günlük vətən müharibəsinin iştirakçısı olan şəhid müharibədən əvvəl Emil Səməndərovun MTK-sına pul ödəyərək mənzil sahibi olmaq istəyib.
Vətəndaş torpaq uğrunda şəhid olub. Şəhidin valideynləri MTK-ya ödənilən pulu, ya da mənzili tələb edirlər. Bəlli olur ki, mənzil başqasına satılıb.
Yaxşı, heç olmasa, şəhid ailəsinin pulunu özünə qaytar də, Emil Səməndərov…
Redaksiyamıza daxil olan son məlumatlara görə, Emil Səməndərov indi də “oğru aləmi” ilə danışaraq şikayətçi vətəndaşlara hədə-qorxu gəlir.
Sözün düzü, inanmaq istəməzdik ki, oğru ələminin nümayəndələri haqqı və hüququ tapdalanan sıravi vətəndaşları deyil, dələduzluqda adı hallanan şəxsləri müdafiə edə…
Buna inana bilmirik.
Bütün bunları bir kənara qoysaq, bəs ölkədəki hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə sistemi nə düşünür..?
Emil Səməndərov hər yerdə deyir ki, lazım olan yerə 500 min manatı çatdırmışam.
Burda deyiblər ki…no komment….
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir