Karantin rejimi ilə bağlı bu məhdudiyyətlər qüvvədə qaldı
Karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər qüvvədə saxlanılır. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, qapalı məkanlara girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və digər məhdudiyyətlər qüvvədə saxlanılır.
Hava limanının terminalına girişə icazə verilir
Azərbaycanda sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişə icazə verilir. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar martın 6-dan qüvvəyə minir.
Masaj xidmətləri fəaliyyətini bərpa edir
Azərbaycanda martın 6-dan etibarən masaj xidmətlərinin göstərilməsinə icazə verilir. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərar martın 6-dan qüvvəyə minir.