Month: Mart 2022

“Ukrayna məsələsində təşəbbüslərimizi davam etdirəcəyik” – Ərdoğan

“Rusiya-Ukrayna müharibəsində şərtlərin nə qədər çətin olduğunun fərqindəyik”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri əlavə edib ki, bu məsələdə yeganə çıxış yolu diplomatiyadır ki, bu istiqamətdə də səmimi təşəbbüslər davam etdiriləcək.

Bu tarixdən Sankt-Peterburqdan Antalyaya uçuşlar başlayacaq

“Turkish Airlines” aprelin 1-dən Sankt-Peterburqdan Antalyaya uçuşlara başlayacaq. “Pulkovo” hava limanından Antalyaya baş tutacaq uçuşlar hər gün həyata keçiriləcək. Aviareyslərdə 156 yerlik Airbus A-320 təyyarəsindən istifadə ediləcək. “Pulkovo” hava limanı Rusiyada sərnişin axınına görə dördüncü yerdədir.

Niderlandın baş naziri Ərdoğanla GÖRÜŞƏCƏK

Niderlandın baş naziri Mark Rutte Türkiyəyə rəsmi səfərə gəlib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, Rutte Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər ikitərəfli və regional məsələləri, eləcə də Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər.