Cəmiyyət

Nərimanov Tibb Mərkəzi HANSI QANUNLARA SÖYKƏNİR? – Hüquqşünasdan ETİRAZ

“Hörmətli cənab sədr, Sizə müraciətimiz Nərimanov Tibb Mərkəzi (keçmiş 5 saylı xəstəxana) ilə bağlıdır”. DİA.AZ bildirir ki, bu sözlər hüquqşünas Şəhla Piriyevanın “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Vüqar Qurbanova müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: “Məni bir hüquqşünas olaraq Nərimanov Tibb Mərkəzində həkim kimi çalışan qohumumun haqqlı şikayəti çox narahat etdi. Belə ki, həkim qohumum Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyətə çıxıb. Buna baxmayaraq Nərimanov Tibb Mərkəzinin rəhbərliyi tərəfindən məzuniyyətdə olan həkim gecə növbəsinə çağrılır. Həkim məzuniyyətdə olduğunu bildirəndə isə səbəb kimi xəstəxana rəhbərliyi həkim çatışmamazılığı olduğu üçün məzuniyyətdə olan həkimlərin gecə növbələrinə gəlmələrinin mütləq olduğunu bildirir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 110. İşçilərin məzuniyyət hüququ
İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili
Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Hörmətli cənab sədr, Xahiş edirik Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq bu məsələ ilə bağlı tədbir görəsiniz”.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir