Dəfələrlə yazmışıq və bir daha təkrar edirik ki, dünya banklar vasitəsilə idarə olunur.
Yəni külli miqdarda çirkli pulların yuyulması, ofşor zonalara milyardların köçürülməsi və digər əməllər banklar vasitəsilə həyata keçirilir.
Çox təəssüf ki, 30 illik müstəqillik dönəmində ölkəmizdə normal bank sistemi qurulmadı.
Bu gün dünyada müştəriyə ən bahalı kredit verən banklar bizim banklardır.
Yaxud 2015-ci ildəki devalvasiyanı yadınıza salın.
Bütün bunların basilica səbəbi ölkənin bank siyasətinin başında duran Elman Rüstəmovdur.
Təsəvvür edirsniz, bankların fəaliyyəti o dərəcədə qeyri-sağlam əsas üzərində qurulub ki, son illər bağlanan, fəaliyyətini dayandıran bankları saymaqla qurtarmaq olmur…
Hanı nazirlərə, iri məmurlara məxsus olan banklar..?
Hanı bərk gedən “Bank of Azerbaijan”, “Texnikabank”, “Bank Standard”, “Amrahbank”, “Dəmirbank”, “AGbank”, “Qafqaz İnkişaf Bankı”, “Atrabank”, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-dir…
Saymaqla qurtaran deyil. Qısa bir vaxtda bu bankların bağlanması ölkənin bank sisteminin bərbad gündə olduğunu göstərir.
Bəs, bağlanan bankların əhaliyə olan borcunu niyə dövlət ödəməlidir..?
Dövlətin özəl, şəxsi banklara məgər borcu var ?
Sözün qısası, Elman Rüstəmovun sayəsində bank sistemimiz “çiçəklənir”.
Belə banklardan biri də Rusiyaya, daha dəqiq desək Rusiyalı milyarder Vahid Ələkbərova məxsus olan və ölkəmizdə fəaliyyət göstərən “Yelo bank”dır.
Əvvəl bankın adı Nikoilbank olub.
Son bir ildə bankın göstəricilərinə nəzər salanda görünür ki, “Yelo bank”ı yuxarıda sadaladığımız bankıarın aqibəti gözləyir. Bu əlbəttə, dövlətə də, vətəndaşlara da problem yaradır.
Bəs, görəsən, məşhur milyarderin bankındakı problemlərin səbəbi nədir ?
İlk öncə, ÇOX PİS İDARƏÇİLİK və SƏRİŞTƏSİZ KADRLAR…
Ümumiyyətlə, bu bankın adı ancaq neqativ məsələlərdə hallanır.
Bir müddət öncə Gündəlik-Bakıya müraciət edən Bakı sakini bildirirdi ki, Yelo bank məhkəmə vasaitəsilə qızına məxsus mənzili ələ keçirib.
Təsəvvür edirsiniz, vətəndaşın əlində ÇIXARIŞ, mülkiyyət sənədləri və məhkəmə mənzili müsadirə edib.
Hələ, bu harasıdır…?
Yelo bank 2-ci Qarabağ savaşında döyüşən əsgərimizi 100 manata görə məhkəməyə verib.
Qarabağ qazisi deyir ki, Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib.
Müharibədə olduğu 97 gün müddətində məlum səbəbdən borclarını gecikdirib. Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıtdığı günün sabahı veteran əsas aylıq borclarını ödəyib.
Yelo bank isə FAİZƏ FAİZ HESABLAYIR. Və qazidən 100 manatı tələb edir.
Başqa bir müştəri pul köçürmələrində bankın saxtakarlığa yol verdiyini yazır.
Bir sözlə, Yelo bankda böhran getdikcə dərinləşir.
Səbəb isə yuxarıda qeyd etdiyimiz kimi Bankın İdarə Heyətinin sədri olan Nikolay Şurqaia ilə kollektiv arasındakı narazılıqdır. Bu adam 4 ildə 6 dəfə komandanı dəyişib, işçləri işdən qovur, əmək haqlarını azaldır və s.
Məlumdur ki, bir müddət əvvəl Vahid Ələkbərov Bakıya səfəri zamanı bankın yeni ofisinin açılışında oldu, hətta Elman Rüstəmov da tədbirdə iştirak etdi.
Amma görünür “Yelo bank”ı xilas etmək mümkün deyil…gundelik-baku.com