Cəmiyyət

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 588 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 717, üç və daha çox doza vaksin vurduranların sayı 6 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 498 nəfərdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir