Manşet

Nizami rayonu Arif Qasımovdan “canını” qurtara bilmir – Keçmiş icra başçısı reketliyə başlayıb?

Nizami rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımov vəzifədən qovulmasına baxmayaraq öz qanunsuz əməllərini davam etdirir. Ətrafında olanları bir müddət, “yaxın günlərdə yeni vəzifəyə gedəcəm” kimi uydurmalarla “işıqlı gələcəyə” ruhlandıran bu adam, şəxsi göstəricilərinin dövlətin yeni kadr siyasətinə cavab vermədiyinə əmin olandan sonra, aşağı-yuxarı reket fəaliyyətinə bənzəyən davranışlara keçid alıb.

Nizami rayonu – daha doğrusu bu rayonda çalışan tikinti şirkətləri, iş adamları hələ də Arif Qasımovun təhdidi altındadırlar. Hörmətli Leyla xanım Əliyevanın Nizami rayonu sakinləri üçün yaratdığı göz oxşayan abad həyətlərdən birində qanunsuz restoran tikintisinə və bu kimi digər özbaşınalıqlarına görə biabırçı formada – AzTV kameralarının müşayəti ilə vəzifədən qovulmuş Arif Qasımov, nədənsə kabinetindən Kürdəxanıya yollanmadığına görə Tanrıya şükr etmək əvəzinə, eynən vəzifədə olduğu müddətdə nümayiş etdirdiyi qaba hərəkətləri davam etdirmək yolunu tutub. Adamın faktiki olaraq gözü doymur və bunun da əzabını məhz tikinti şirkətləri, iş adamları çəkir. Hazırda Nizami rayonunda “dişə vurulası” yer qalmayıb. Arif Qasımov torpaqları qarış-qarış satıb. Onun hazırkı fəaliyyəti barədə əldə etdiyimiz məlumatlar yuxarıda sadaladığımız əməllərin yanında “toya getməlidir”.

Arif Qasımovun hazırda hansı işlərlə məşğul olması, saxta sənədlərlə iş adamlarını necə təhdid etməsi, tikinti şirkətləri ilə əvvəlki qaydada yeni mənzillər davası aparması, vəzifədə olduğu müddətdə yol verdiyi pozuntuları ört-basdır etmək cəhdləri, kimlərdən hansı evlərə görə rüşvət alması, eləcə də onun dəstəsinin əsas üzvləri olan Tariyel Tahirov və Ramsin Abdullayev barədə barədə əldə etdiyimiz səhih məlumatlar əsasında hazırladığımız məqaləni yaxın günlərdə diqqətinizə çatdıracağıq. Görəcəksiz ki, Arif Qasımov elə bu gün də Bakının Nizami rayonunu dədə-baba ərazisi hesab edir. Bizi izləyin! Yaxın günlərdə Nizami rayonu üzərindən çəkilmək bilməyən Arif Qasımovun “qara buludlarından” söhbət açacağıq. Onu da biləcəksiz ki, Arif Qasımovun qanunsuz əməllərində kimlər hansı qaydada iştirak edir.Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Mənbə: düz tv.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir