Təhsil

Yeni rektor sələfinin daha bir kadrını işdən çıxartdı – ƏMR

Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli vəzifəsindən azad edilib. Bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, hələ universitetə yeni mətbuat katibi təyin olunmayıb.

Mənbənin məlumatına görə, BSU-nun yeni rektoru Anar Nağıyev universitetdə ciddi kadr islahatları aparır. A.Nağıyev sabiq rektor Nurlana Əliyevanın adı rüşvətdə hallanan kadrlarının çoxunu vəzifədən kənarlaşdırır.

Qeyd edək ki, M.İbrahimli 2019-cu ildən BSU-nun mətbuat katibi vəzifəsində çalışırdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir