Cəmiyyət

Bu məktəbdə təhsildən başqa HƏR ŞEY VAR – NAZİRİN NƏZƏRİNƏ…

245 saylı orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı mövzunu işləyərkən qısa bir axtarış aparmalı olduq.
bakimektebleri.edu.az saytına əsasən deyə bilərik ki, 245 saylı orta məktəbin direktoru Arzu Allahşükür qızı Azadəliyevadır.
Ən təəccüblüsü odur ki, bu xanım məktəb direktorunun 5 müavini var.
Kimin şübhəsi varsa, buyurub sayta daxil ola bilər.
1.Raminə Əsgərova Əhməd qızı
Təlim-tərbiyə işləri üzrə direktor müavini
2. Rəna Əbilova Sərhəd qızı
Təlim-tərbiyə işləri üzrə direktor müavini
3. Təranə Şəmsi-zadə Sbutay qızı
Təlim-tərbiyə işləri üzrə direktor müavini
4. Rübabə Əhmədova Bəhmən qızı
Tərbiyə işləri üzrə direktor müavini
Hələ Allah qoymasa, təsərrüfat üzrə direktor müavini Elnur Rüstəmov, kitabxana müdiri Sona xanım Əlizadə və üstəlik kitabxanaçı Sədaqət Quliyeva və daha kimlər.
Təsəvvür edirsiniz, bu dövlət vəsaitini talamaq deməkdir.
Biz bir dəfə ötən yazılarımızda yazmışdıq ki, heç o boyda ABŞ perzidentinin bu qədər müavini yoxdur.
Həm də, ay cənablar, rəhbərin bir sahə üzrə 1 müavini ola bilər.
Amma 245 saylı məktəbin direktorunun TƏLİM-TƏRBİYƏ İŞLƏRİ üzrə 3 müavini var.
Dünyanın heç bir yerində belə anormal hal ola bilməz.
Təlim-tərbiyə işləri üzrə 3 müavin nə deməkdir, axı…
Sonra adi bir məktəb kitabxanasına müdir və üstəlik kitabxanaçı təyin etmək nə deməkdir..?
Biz də məktəblərdə oxumuşuq, məktəbin bir kitabxanaçısı olardı, vəssəlam.
İndi isə keçək məktəbdə baş verən qanunsuz əməllərə…
Daxil olan şikayətlərdən bəlli olur ki, məktəb təhsil qanunları ilə deyil, məktəb direktoru Arzu Azadəliyevanın və direktor müavini Raminə Əsgərovanın müəyyən etdiyi özəl qaydalarla idarə olunur.
Şikayətçi müəllim yazır ki, işlədiyim 245 saylı məktəbdə mənim dərs prosesim pozulub. Səbəb isə 8 və 9-cu siniflərin biologiya kabinetində dərs keçməsinə qoyulan qadağadır. Bu qadağanı məktəbin direktoru vatsap səhifəsində paylaşdığı təlimatla qoymuş, direktor müavini Raminə Əsgərova isə can başla yerinə yetirir. Kabinetdən kənarda, dərsin keyfiyyəti aşağı düşdüyü üçün mən sinif otağında dərs keçməkdən imtina etdim. Bununla əlaqədar direktor müavini mənə qarşı hər gün akt tərtib edir və tabeçiliyində olan “ sözə baxan” müəllimlərə qol çəkdirir. Məktəb rəhbərliyində olan bu şəxslər hal-hazırdakı qanunvericiliyə əsasan müəyyən müsabiqələrdən keçərək vəzifəyə təyin olunublar. Görəsən onlar “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsin” də göstərilən ümumtəhsil məktəblərində direktorun əmək funksiyalarından birinin də bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil etmək olduğunu bilirlərmi? Əgər bilirlərsə, bəlkə başları rüşvət yığmaqdan açılıb məktəbin təlim- tərbiyə məsələləri ilə məşğul olsunlar. Mənim kimi rüşvət verməyən müəllimlərdən “ qisas” almaq əvəzinə məktəbdə normal pedaqoji atmosfer yaratsınlar. Əlimdə məktəb rəhbərliyinin rüşvət almaları, məktəbdə çox ciddi malyyə pozuntularına yol verdikləri barədə tutarlı faktlar var. Təhsil Nazirliyi sözdə yox, işdə rüşvətxorluqla mübarizə aparmaq istəyirsə bu faktları onlarla paylaşmağa hazıram. Nəzərinizə çatdırım ki, həmin Raminə Əsgərova və məktəbin direktoru məktəbdə pul yığma kompaniyası təşkil etdiklərinə görə keçən il şiddətli töhmət də almışlar. Lakin vəzifəli qardaşına arxayınlaşan direktor müavini nəfsinə sahib çıxa bilmir.
Bəli, şikayətçinin dedikləri ciddi problemdir.
Belə ki, müəllimlərin çoxu məktəb direktoruna rüşvət verir. Uşaq hazırlaşdırmaq üçün mütləq məktəb direktoruna pul verməlisən. Yaxud yaxşı avadanlıqlarla təmin olunmuş fənn otağında dərs keşmək istəyirsənsə, mütləq məktəb direktorunun “aylığını” verməlisən.
Biz bir media olaraq bu barədə illər uzunudur ki, yazırıq.
Bütün bunlar azmış kimi şagirdlərin əlinə süpürgə verib məktəbin həyətini süpürtdürmək görəsən kimin ağlının məhsuludur.
Hələ məktəb direktoru Arzu Azadəliyevanın aşağı qiymət alan şagirdləri məktəbdən qovması valideynləri ciddi narazı salıb.
Məktəb direktorunun nə ixtiyarı var ki, şagirdləri məktəbdən qovur ?
Görəsən təhsil naziri Emin Əmrullayevin şiddətli töhmət alan və yenə düzəlməyən məktəb direktorunun və onun müavininin əməllərindən xəbəri yoxdur..?
Yazıda bir çox saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir