Sumqayıtın milyonçu baş memarı Xuadatovla Ucar İcra Başçısının müavinini nə birləşdirir? – ŞOK MƏLUMAT
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Adil Xudadatovun Sumqayıtda və Bakıda olan obyektlərinin siyahısı açıqlanmışdı.
Dostlarının da tikinti işlərində köməklik göstərdiyini bildirən A.Xudadatov əmisinin yoldaşı Reyhan Verdiyeva sahibkar olduğunu, əmisinin 30 ilə yaxındır bir tikisilinin olduğunu etiraf etmişdi.
32gun.az-ın redaksiyasına Adil Xudadatovun etiraf etdiyi tikili ilə bağlı maraqlı faktlar daxil olub.
Redaksiyamıza verilən məlumata görə, sözügedən obyekt Sumqayıt şəhəri məhəllə 40 ünvanında yerləşir. 3 ortaq olaraq inşa edilən “Ortaqlı Azərinşaat” şirkəti 2002-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb.
Məlumatda bildirilir ki, 3 ortaqdan biri də məhz baş memarın əmisidir. İşin maraqlı tərəfi isə həmin şirkətin qanuni təmsilçisi Vaqif Mehdiyev Mehdi oğludur. Qanuni təmsilçi kimi adı qeyd olunan şəxs Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun I müavinidir.
İddiaya görə, V.Mehdiyevlə Adil Xudadatovun ailə üzvləri yaxındırlar.
Qarşı tərəflərin fikirlərini öyrənməyə hazırıq.
32gun.az