Cəmiyyət

Rusiyada Türkiyədən gətirilən məhsullara məhdudiyyət ləğv edilib

 

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən bibər, nar, üzüm, qreypfrut və portağalın tədarükünə qoyulan məhdudiyyəti ləğv edib.

“Report” xəbər verir ki, bu barədə federal xidmət məlumat yayıb.

“Məhdudiyyətlərin aradan qaldırılması barədə qərar meyvə-tərəvəz istehsalı və ixracı mərkəzlərində aparılan yoxlamanın nəticələrinə əsaslanıb və bu zaman “Rospotrebnadzor” mütəxəssisləri laboratoriya tədqiqatları üçün məhsul nümunələri götürüblər. Nümunələrin təhlilinin nəticələrinə əsasən, zərərli maddələrin icazə verilən maksimum səviyyədən artıqlığı aşkar edilməyib”, – məlumatda vurğulanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir