Bir neçə gün öncə xəbər portalımızda “Masallı rayon İH-nin Musaküçə ərazi nümayəndəsi Sirac Şahverdiyev və bələdiyyə sədri Rafiq Eynullayev tərəfindən Musaküçə kənd ərazisində olan 1.00 ha yaxın paybəlli torpaqların qazılıb satılması. Və eyni zamanda həmin kəndə məxsus iridiametrli 35 metrlik su borularının da bir neçə il öncə sözügedən iki məmur tərəfindən satılması” barədə xəbər ışıqlandırmışdıq.
Zirveyolu.az xəbər verir ki, azerinfo.az-a Musaküçə kənd sakinləri şikayət ünvanlayıb.
Şikayətçi bildirdiyinə görə, Musaküçə kənd bələdiyyəsi, illərdir ona məxsus olan iş otağını açıb ora daxil olmur. Hətta ona məxsus olan otağın giriş qapısının üzərində ” MUSAKÜÇƏ BƏLƏDİYYƏSİ” yazılmış lövhə tərsinə (baş-ayaq) asılıb.
“Bizə çatan məlumatlara görə, torpaq qazıntılarıyla bağlı sözügedən iki məmurun işi hazırda Masalıı rayon Prokurolluğundadır və elədiyləri cinayətlərə görə heç də işləri yaxşı deyil. Hətta iki gün öncə onlar dindirilmək üçün Masallı rayon Prokurorluğuna da çağırılıblar”-deyə şikayətçi bildirir.
Qarşı tərəfi dinləməyə hazırıq.