Cəmiyyət

Şəkidə qanunları heçə sayan qurum… – Nə qədər yazılsa da…

Dəfələrlə cəmiyyətin və dövlət qurumlarının diqqətini “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeçiliyində olan qurumlarda baş verən rüşvət, mənimsəmə və korrupsiya hallarına cəlb etməyə çalışmışıq.
Hətta ASC-də baş verən korrupsiyanın “razmer”ini digər dövlət qurumları ilə müqayisə edərək, anlatmağa çalışımışıq ki, bu qurum 100 milyonları deyil, milyardları mənimsəyir.
ASC-nin tabeçiliyində olan qurumların, idarələrin siyahısına baxanda adamı dəhşət bürüyür.
Bu yazıda ASC-nin tabeçiliyində olan su idarələrindən birində baş verən qanunsuzluqlardan bəhs edəcəyik.
Öncə onu qeyd edək ki, ASC-nin tabeçiliyində aşağıdakı Su idarələri var:
Abşeron suvarma sistemləri idarəsi
Ağdaş suvarma sistemləri idarəsi
Ağcabədi suvarma sistemləri idarəsi
Ağstafa suvarma sistemləri idarəsi
Ağsu suvarma sistemləri idarəsi
Astara suvarma sistemləri idarəsi
Balakən suvarma sistemləri idarəsi
Beyləqan suvarma sistemləri idarəsi
Bərdə suvarma sistemləri idarəsi
Biləsuvar suvarma sistemləri idarəsi
Cəbrayıl suvarma sistemləri idarəsi
Cəlilabad suvarma sistemləri idarəsi
Şabran suvarma sistemləri idarəsi
Füzuli suvarma sistemləri idarəsi
Goranboy suvarma sistemləri idarəsi
Göyçay suvarma sistemləri idarəsi
Göygöl suvarma sistemləri idarəsi
Hacıqabul suvarma sistemləri idarəsi
Xaçmaz suvarma sistemləri idarəsi
Xızı suvarma sistemləri idarəsi
Xocavənd suvarma sistemləri idarəsi
İmişli suvarma sistemləri idarəsi
İsmayıllı suvarma sistemləri idarəsi
Kəlbəcər suvarma sistemləri idarəsi
Kürdəmir suvarma sistemləri idarəsi
Qax suvarma sistemləri idarəsi
Qazax suvarma sistemləri idarəsi
Qəbələ suvarma sistemləri idarəsi
Quba suvarma sistemləri idarəsi
Qubadlı suvarma sistemləri idarəsi
Qusar suvarma sistemləri idarəsi
Laçın suvarma sistemləri idarəsi
Neftçala suvarma sistemləri idarəsi
Oğuz suvarma sistemləri idarəsi
Saatlı suvarma sistemləri idarəsi
Sabirabad suvarma sistemləri idarəsi
Salyan suvarma sistemləri idarəsi
Samux suvarma sistemləri idarəsi
Siyəzən suvarma sistemləri idarəsi
Şamaxı suvarma sistemləri idarəsi
Şəki suvarma sistemləri idarəsi
Şəmkir suvarma sistemləri idarəsi
Tərtər suvarma sistemləri idarəsi
Tovuz suvarma sistemləri idarəsi
Ucar suvarma sistemləri idarəsi
Yevlax suvarma sistemləri idarəsi
Zaqatala suvarma sistemləri idarəsi
Zəngilan suvarma sistemləri idarəsi
Zərdab suvarma sistemləri idarəsi
Bu idarələr ASC-nin tabeçiliyində olan qurumların heç 15 faizi deyil ee…ASC-nin tabeçiliyində elə müəssisələr, idarələr var ki…hamısı da sanki korrupsiya mənbəyidir.
Bəli, yuxarıda siyahısını gördüyünüz Su idarələrindən biri də Şəkidə fəaliyyət göstərən Şəki Suvarma Sistemləri İdarəsidir.
İdarənin rəisi Sabir Əhmədovdur.
Bu adam idarəyə məxsus texnikanı və avadanlıqları “yağlamaq” üçün sürtkü yağlarının alınması üçün 10-a yaxşın şirkəti tenderə cəlb edir və axırda özünə sərf edən şirkətləri qalib edir. Və “otkat” alaraq dövlətin ayrdığı vəsaiti həmin şirkətlərə verir. Özü 100 minlər qazanır.
Sabir Əhmədov idarədə aparılacaq CARİ TƏMİR adı altında maxinasiyalar edərək, yenə dövlətin pullarını mənimsəyir.
Bu adam idarənin balansında olan ekslvatorları müxtəlif şirkətlərə icarəyə verib külli miqdarda pul qazanır.
Sabir Əhmədov idarədə xeyli miqdarda “ölü canlar” saxlayır, onlara maaş kartı verir….amma maaşların çoxunu özü mənimsəyir.
Sabir Əhmədov əvvəllər Artezian idarəsinin rəisi işlədiyi üçün ASC-də baş verən maxinasiyaları əla bilir.
Və heç bir təhsili olmayan xanımı kadr şöbəsinə müdir təyin etməklə, “ölü canlar”ın kartlarını ona tapşırıb.
Bütün ASC işçiləri bilir ki, Sabir Əhmədovun “dayısı” ASC-nin sədr müavini Rafiq Aslanovdur.
Sabir Əhmədov hər yerdə deyir ki, ASC-nin yeni sədri Zaur Mikayılov kimdir ki, mənə toxuna bilsin, mənim Rafiq Aslanov kimi arxam var. Yəni bu adam öz sədrini də saymır…
Təkcə bir faktı qeyd edək ki, Sabir Əhmədov bir ədəd texnikanı sahibkara bir ayda 3000 manata icarəyə verib. Bu puldan dövlət büdcəsinə heç bir manat da daxil olmur. Hamısı Sabir Əhmədovun və onun “krışası” Rafiq Aslanovun cibinə gedir.
“Ölü canlar” Sabir Əhmədovdan maaş tələb edəndə deyir ki, utanmırsınız, sizə müftə əmək stajı yazıram, hələ məndən maaş da istəyirsiniz…
Bəli, bu haram pulların hesabına Sabir Əhmədovun həyat yoldaşı və övladları ən bahalı istirahət mərkəzlərində dincəlirlər.
Sabir Əhmədov suyu fermerlərə özü istədiyi qiymətə satır.
Sonda onu da qeyd edək ki, Şəki ərazisi həmişə sel və daşqınlarla müşahidə olunub.
Yəni Sabir Əhmədov dövlətin ayırdığı milyonları mənimsədiyi üçün kanallar təmizlənmir, lillə dolur və yağışlar yağanda, yaxud çaylar daşanda ətraf əraziləri sel basır. Və kəndlilərin, fermerlərin təsərrüfatına külli miqdarda ziyan dəyir.
Görəsən, bizim gördüyümüz bu adi həqiqətləri ASC-nin sədri Zaur Mikayılov görmür..?
Bəs sən nəyi görürsən, Zaur Mikayılov..?
Prezident səni o boyda vəzifəyə nə üçün təyin edib..?
Yazıda müxtəlif saytların materiallarından da istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir