Manşet

Göygöl rayonunda vaxtı ötmüş yağ satılır – VİDEO

Göygöl rayonunda H. Əliyev prospekti 15 ünvanında yerləşən və ƏMİNƏ MARKET brendi altında fəaliyyət göstərən ərzaq mağazası istehlakçılarına vaxtı ötmüş yağ satır. Söhbət mağazanın vitrinlərini bəzəyən və guya Rusiya istehsallı “zemlyanskoye” adlı yağdan gedir.
Zirveyolu.info  xəbər verir ki, bu barədə rayonda yaşayan jurnalist Osman Nərimanoğlu məlumat yayıb. Jurnalist qarşılaşdığı neqativ hal barədə qida təhlükəsizliyi agentliyinə (AQTA) də şikayət edib və bildirib ki, mağazada vaxtı keçmiş yağ və digər qida məhsullarının saxlanma şəraiti də düzgün təşkil edilməyib. Ona görə də AQTA müvafiq yoxlama həyata keçirməli, əhalinin qida təhlükəsizliyini təhlükəyə atan nöqsanlar dərhal aradan qaldırılmalıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir