Cəmiyyət

Nazirlik 7 toyuğu var-dövlət sayırsa… – NARAZILIQ VAR!

Bu ailə İsmayıllıda yaşayır və olduqca çətin durumdadır.Ailənin Beş azyaşlı övladı var. Zirveyolu.info  bu barədə “Şimal Region TV”yə istinadla xəbər verir.
Ayaqqabı və sair şeylər olmağı üçün uşaqlar məktəbə getmir.Ailənin yeməyə quru çörəyi belə yoxdur.Ailədə yalnız ata Nuşirəvan Şəfərəliyev KMK-da işləyir və aylıq 280 manat maaş alır.
Vəssalam.Dəfələrlə ünvanlı sosial yardım almaq üçün müraciət etsələr də bundan imtina ediblər ki,həyətinizdə 7-dənə toyuq var.
Ailə tezliklə vətəndaşlıqdan imtina edəcəyini bildirir.
Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanovdan narazı olduqlarını qeyd edirlər.
Ölkədə məmurların prezidentə qarşı fəaliyyət göstərdiyini qeyd edən ailə köməklik göstərilməsi üçün birbaşa prezident İlham Əliyevə müraciət edir.

Daha ətraflı aşağıdakı videoda:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir