Cəmiyyət

Memarlıq Universitetində İLGİNC İŞLƏR… – Belə deyirlər…

Biz bir media olaraq şahidik ki, Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra bəzi məmurlar, rektorlar, millət vəkilləri necə mediaya yalvarıb toyda iştirak etmədiklərini sübut etməyə çalışırdırlar.
Biz əvvəllər də yazmışıq və yenə yazmağa məcburuq ki, əlbəttə, karantin dövrünün qaydalarını pozmağa heç kimin, o cümlədən Ramiz Mehdiyevin haqqı yoxdur. Amma toyu-vayı siyasiləşdirmək olmaz. Allah bütün balalara toy, şadlıq qismət etsin.
Bəli, Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra mediaya fasiləsiz zəng edənlərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova idi.
Biz o vaxt da Gülçöhrə Məmmədovaya dedik ki, bizim bir media olaraq işimiz sizin kiminsə TOYUNDA iştirakınız deyil, bizim əsas işimiz 22 ildir Azərbaycan təhsilinin sanki VAYINA oturmağınızdır.
Əlbəttə, karantin qaydalarını pozub toyda iştirak etmək olmaz, amma təhsilimizin vayına oturmaq daha faciəlidir.
İnanın ki, biz bunun altını uzun illər çəkəcəyik.
Görəsən, xanım rektor Gülçöhrə Məmmədova və onun kimilər niyə bu qədər narahat idilər, niyə bu qədər təlaş keçirirdilər, niyə bu qədər panikaya düşmüşdülər..?
Bu sualın birmənalı cavabı budur: Bir az loru dildə desək, məmurların çoxunun altı yaşdır, buna görə, qorxurlar…
Bəli, Gülçöhrə Məmmədova universitet rektoru olmaqla yanaşı, həm də böyük miqyaslı özbaşınalıqlara imza atan məmurdur. Bax, buna görə, əldən-ayaqdan gedirdi…
Bəli, 22 ildir ki, Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetini şəxsi təssərüfatı, özəl kantoru kimi istifadə edir.
Xanım rektor müəllimlərə tapşırır ki, tələbələri “kəsin” ki, arxasınca gələn olsun…
Təsəvvür edirsiniz, bu nə deməkdir…?
Tələbələri kəsin ki, arxasınca gələn olsun…
Biz belə halların canlı şahidi olmuşuq deyə, bizə təəccüblü gəlmir…
Bəli, gör təhsilimiz haradan hara gəlib çıxdı…
Belə ki, Gülçöhrə Məmmədovanın adı kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməkdə hallanıb və rektor tərəfindən təkzib olunmayıb.
Bütün bunlar azmış kimi Gülçöhrə Məmmədova “tender maxinasiya”ları ilə milyonlara sahib olub.
Belə ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün “A- Delfin- AA” MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün “İnci Grour of Comranies” MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün “Aysberg SH” MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün “Xəzri Grour” MMC-yə 109 min 769 manat, inventarın alınması üçün “Qardaşlar Mebel-3” MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün “Gesco” ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün “Automax TT” MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün “Aslift” MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün “AZRENA AA” MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün “Automax” TT MMC-yə 19 min 943 manat, cari təmir üçün “Retro Holding” MMC-yə 43 min 999.6 manat pul ödəyib.
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi – 935 min 269.89 manat belə xərclənib.
Fikir verdinizsə, Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat.
Lift quraşdırmağa yox haa, liftə xidmətə 50 min manat xərcləmək…
Xanım rektor başa düşmür ki, tələbələrdən yığılan təhsil haqqı 250 min manata mebel almaq üçün deyil e…
Bəs axı, Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və xeyli qanunnsuzluqlar, maxinasiyalar ortaya çıxmışdı. Nəticə nə oldu ?
Əlbəttə, heç nə.
Sadəcə, universitetin və kollecin baş mühasiblərinə xəbərdarlıq edildi, hətta rektor baş mühasibi işdən də çıxara bilmədi, çünki şərik olublar, məhkəmədə açıb hər şeyi deyərdi.
Gördünüzmü, ölkənin ən səlahiyyətli qurumu olan Hesablama Palatası adi bir baş mühasibə gücü çatmır…
Bəli, Gülçöhrə Məmmədova mənimsədiyi milyonların hesabına bu gün özəl klinikaya, avtodayanacaqlara, ticarət obyektlərinə sahibdir.
Bax, beləcə dairə qapanır və Gülçöhrə Məmmədovanın maxinasiyaları davam edir…
Bircə cümlə ilə yazını bitirək: 46 yaşı olan universitetə 23 ildir ki, Gülçöhrə Məmmədova rəhbərlik edir.
Vallahi, heç İran şahının qızı da bu ….əməli edə bilməzdi…
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir