Goranboy rayonunun Dəliməmmədli şəhərində dövlət büdcəsi hesabına ərsəyə gətirilən bir artezian yerli sakinlərin müəyyən narazılığına səbəb olub. Tanınmış publisist Elşad Nəsiblidən isə Goranboy SSİ-nin başbilənləri tərəfindən rüşvət istənilib.
Zirveyolu.info Demokratik.Az-a istinadən bildirir ki, qalmaqal yaradan artezian məhz şikayətçi Elşad Nəsiblinin pay torpağında vurulub.
Ona arteziana nəzarətçi kimi iş təminatı da verilib. Lakin, sonradan aldadıldığını, Goranboy SSİ tərəfindən ondan rüşvət istənildiyini bildirir. Rüşvət istəyənin Səbuhi olduğunu deyir.
Şikayətçinin Demokratik TV-yə videoaçıqlamasını təqdim edirik: