“Bu, Yevlaxda Şəhid adına olan münasibətin göstəricisidir”. DİA.AZ bildirir ki, bunu aşağıdakı videofaktı yollayan Yevlax sakini bildirir.
Narazı vətəndaşın sözlərinə görə, rayondakı Şəhid Baxşalı İmanov adına olan küçə əməlli-başlı xarabalığı xatırladır: “Baxımsızlıqdan küçəni küçə adlandırmaq olmaz. Rayon rəhbərliyi boş-boş işlərə pul sərf edincə, heç olmasa sakinlər bir yana, Şəhidin ruhuna hörmətlə yanaşsın…”
Daha ətraflı aşağıdakı videoda:
Faktla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…