Rusiya Qvardiyasının xüsusi təyinatlıları Xarkov vilayətində Ukraynanın ərazi müdafiəsi bölməsinin rəhbərini məhv edib.
Bu barədə TASS-a “Rosqvardiya”nın mətbuat xidmətindən məlumat verilib.
“Rusiya qvardiyaçıları kəşfiyyat-axtarış tədbirləri zamanı meşəlik ərazidə gizli şəkildə Rusiya qoşunlarının mövqelərinə doğru irəliləyən, tanınma nişanları olmayan silahlı dəstə aşkar ediblər. Diversantlar təslim olmaq təklifinə reaksiya verməyib və atəş açıblar. Xüsusi təyinatlılar diversiya qrupunu cavab atəşi ilə məhv ediblər”, – məlumatda bildirilib.