Cəmiyyət Manşet

Suraxanı Icra Başçısı Özü Ilə Çətir Tutan Gəzdirir – VİDEO

Azərbaycanda daha bir icra başçısı özünə “çətir tutan” işçi götürüb.

 

Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov sakinlə görüşə gedib. Belə ki, Əziz Əzizov şəhid baralyefinin önündə dayanarkən icra hakimiyətinin mühafizəsi onun başının üzərində çətir tutub.

Fotoda göründüyü kimi, hava yağmursuz olub.

Sözügedən görüntü sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub.

Xəbəral.az xəbər verir ki, prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında məmurların xalqın xidmətçisi olmağını qeyd etsə də çox təəssüf ki, bəzi, məmurlar bu sözdən nəticə çıxarmayaraq xalqa üstən aşağı baxırlar.

Xatırladaq ki, bir neçə gün öncə sosial media da Suraxanı icra başçısı Əziz Əzizov onun görüşünə gələn qazini dinləmədən, laqeyid şəkildə xidməti maşınına oturub getməsi ilə gündəmə gəlmişdi.

Xəbəral.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir