Cəmiyyət

“Sağlam Ailə” Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ… – GİLEY

Sağlam Ailə Tibb Mərkəzində pasientləri incidirlər. Vətəndaş Şəhriyar Əmirlinin sözlərinə görə, bu il artıq ikinci dəfədir USM-də 3-4 saat gözləməli olub. TİA. Az xəbər verir ki, vətəndaş klinikadan şikayətlənib: “Bunu nə vaxt tənzimləmək fikiriniz var? Gəlib canlı yazılırsan, gözləyirsən, online yazılanlar dalbadal səndən qabağa keçir. Bunun ikisindən birin edin! Yazılma ,ya online yalnız olsun, ya da canlı növbə! İkisi bir arada mümkün deyil!
Hər dəfə camaat orda bir birin qıranda xoşunuz gəlir?
İşçiləriniz belə narazıdı, sizə dəfələrlə bu barədə bildiriblər, lakin tədbir görülmür”.

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir