Cəmiyyət

“Bakı Halqası”ndan kənardakı “əməliyyat”

Yaxud saxta maliyyə arayışı verən məmur-sahibkar Elmar Əliyev şərikini niyə tutdurub?

Bu günlər ölkə mediasında diqqət çəkən, maraqalı bir yazı dərc edilmişdir. “Saxta arayış üçün “EVENTOC”a müraciət edə bilərsiniz” sərlövhəli yazıda deyilir ki, Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış “EVENTOC” (Tədbir Əməliyyat Komitəsi) adlı qurumda (Baş direktoru Elçin Səfərov) Maliyyə direktoru işləyən, qanunla  qadağan olunsa da, həm də bizneslə məşğul olan (“Firstec” MMC-nin payçılarından biri) Əliyev Elmar  Ziyafət oğlu Almaniyaya getmək istəyən Rəcəbov Fuad Xaliq oğluna saxta maliyyə arayışı verib (06 sentyabr 2019-cu ildə).
Bu xəbərlə bağlı bəzi araşdırma apardıq və maraqlı faktlar üzə çıxdı. Məlum olur ki, sözügedən Elmar Əliyev o vaxta qədər kiçik bizneslə məşğul olan yaxın qohumu Tural Heydərlinin perspektivli sahədə çalışdığını görüb və biznesi böyütmək üçün ona ortaqlıq təklif edib. Belə ki, Tural Heydərli, Elmar Əliyev və Elgiz Mirzəzadə adlı daha bir nəfər Qəhrəmanov Turqut Oruc oğlu adlı fiziki şəxsin üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Təxminən 1 il Turqut Qəhrəmanovun adı üzərindən fəaliyyət göstərən dostlar daha sonra bərabər payla (33 faiz) “Firstec” MMC təsis ediblər. Bir müddət bərabər işləyib yaxşı gəlir götürən şəriklər arasında nədənsə sonradan narazılq yaranıb. Nəticədə Elgiz Mirzəzadə ilə birləşən Elmar Əliyev qohumu Tural Heydərlinin həbsinə nail olaraq (bəs necə, adam həm məmur sayılır, eyni zamanda da imkanlı atası Ziyafət Əliyev “Salyanneft” MMC-nin direktorudur-qara qızılı külçəyə çevirir) onun da payına sahiblənib. Hazırda məhkəməsi gedən Tural Heydərli isə dövlət başçısı da daxil aidiyyəti qurumlara müraciət edərək hələ də ədalət axtarışındadır. Respublika Prezidentinə ünvanladığı şikayətində Tural Heydərli ölkədə sahibkarlığın və bizes mühtinin inkişafına verdiyi dəstəyə görə təşəkkürünü bildirir və daha sonra şəriklərinin əməllərindən və ona qarşı etdikləri qanunsuzluqlardan bəhs edərək yazır:
“…Hörmətli Prezident, etiraf edim ki, səhv addım olsa da, adı çəkilən şəxslərlə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə “Firstec” MMC-ni təsis etmişik. Həmin şirkət əsasən məişət avadanlıqlarının satışı ilə məşğul olur. Lakin, Elmar Əliyev və Elgiz Mirzəzadə təsis edildiyi vaxtdan bugünədək şirkətin işinə qanunsuz müdaxilər edir, iş ahəngini pozur, sahibkarlıq fəaliyyətinə hər cür maneələr törədirlər. Məcburiyyət qarşısında qalıb onlardan ayrılıb öz şirkətimi yaratdım və müstəqil olaraq sahibkarlıq fəaliyyətilə məşğul olmağa başladım. Lakin, onlar yenə də məndən əl çəkmir, müxtəlif hadisələr törədirlər.
Elmar Əliyev və Elgiz Mirzəzadə törətdikləri belə hadisələrdən biri də 27 aprel 2020-ci ildə baş verib. Belə ki, həmin gün adı çəkilən şəxslər ofisimə basqın edərək, xidməti otağımda məndən pul tələb etməyə başladılar. Mən pul verməkdən imtina etdikdə isə, mənə fiziki güc tətbiq etməyə başladılar və xəsarət yetirdilər. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm və fakta görə cinayət işi başlanılıb.
Elmar Əliyev və Elgiz Mirzəzadə Gənclər və İdman Nazirliyinin işçiləri olaraq eyni zamanda sahibkarlııq fəaliyyətilə məşğul olmaları qanunsuzdur və məsuliyyət yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, hər iki şəxs qanunsuz gəlir əldə etməklə özlərinə kütləvi kapital əldə ediblər. Eyni zamanda hər iki şəxs biznes fəaliyyətlərini əsasən Almaniyada qurublar.
Belə ki, Əliyev Elmar Ziyafət oğlu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Maliyyə Direktoru vəzifəsində işləyərkən mal və avadanlıqların mənimsənilməsi, köçürmə yolu ilə pulların nəğdləşdirilməsi, yüksək əmək haqqılarının rəsmiləşdirilərək işçilərə aşağı həddə əmək haqqı verilməsi, “Avropa Oyunları” etiketli geyim və məişət avadanlıqlarının ayrı-ayrı mağazalarda satışını təşkil etməsi və sair digər korrupsiya yönümlü fəaliyyəti barədə sübutlara malikəm. Təftiş aparılarsa, Elmar Əliyev və Elgiz Mirzəzadənin Almaniyada Hostel və evlərinin mövcudluğu, həmçinin sahibkarlıq obyetkləri aşkar edilər.
Hər iki şəxsin hansı vəsaitlə xarici ölkələrdə çoxsaylı daşınmaz əmlak əldə etmələri dövlət təhlükəsizlik orqanları tərəfindən araşdırılarsa, əsl həqiqətlər üzə çıxacaq. Belə bir araşdırma aparıldığı təqdirdə mən həmin araşdırmalarda iştirak etməyə və sübutlar təqdim etməyə hazıram.
Cənab Prezident yuxarıda göstərilənlər əsasən Əliyev Elmar Ziyafət oğlu və Mirzəzadə Elgiz Asif oğlunun fəaliyyətinin iştirakım təmin edilməklə yoxlanılması və onlar barəsində cinayət işinin başlanmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”
Məlumat üçün deyək ki, bizə çatan bilgilərə görə E.Əliyev hazrda mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BCCOC) aylıq 6799 manat əmək haqqı ilə mühasib vəzifəsində işləyir. Görən Milli Məclis sədrinin maaşı nə qədərdir? Araşdırmalarımız davam edir.

GundemXeber.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir