Cəmiyyət

Naxçıvanda doğrudanmı, qurdla quzu bir yerdə otlayır… – İLGİNC FAKTLAR

Ovqat.com-un rəhbəri, şair-publisist Heydər Oğuz dünən facebook səhifəsində ilyarım əvvəl Naxçıvan MR-da “İpək yolu” yanacaqdoldurma məntəqəsində baş vermiş bir sui-qəsd hadisəsinin videosunu paylaşmışdı. Zirveyolu.info-ın ovqat.com-a istinadən məlumatına görə, müəllif videoda əks olunan sui-qəsd hadisəsinin 2020-ci ilin 26 dekabrında baş verdiyini iddia edərək yazmışdı:

“Naxçıvanın “İpək yolu” yanacaqdoldurma məntəqəsinə hücum edən bir vətəndaş operatorun üzərinə benzin ataraq onu və müəssisəni yandırmağa çalışıb.

İddialara görə, bu terror hadisəsi Naxçıvan MR müaviq dairələri tərəfindən gizli saxlanılır. Çünki hadisə Bakıda Vasif Talıbov zülmünə qarşı üsyan kimi qiymətləndirilə bilərdi. Hər halda Naxçıvan başbilənləri belə düşünüblər”.

Müəllifin bildirdiyinə görə, həmin hadisə zamanı hücuma məruz qalan şəxs özünü dərhal yanacaqdoldurma məntəqəsinin həyətindəki hovuza atdığından sağ qalıb. Hücum edən şəxsə isə gözün üstə qaşın var deyən olmayıb. Çünki buna Bakı xəbər tutmasın deyə, xan icazə verməyib.

Videonu bu linkdən izləyə bilərsiniz: VİDEO BURADA...

Ovqat.com-un Muxtar Respublikanın DİN-dəki mənbələrə istunadən verdiyi məlumata görə, məlum sui-qəsd aktı Naxçıvanda ört-basdır edilən yeganə hadisə deyil. Ümumiyyətlə, Naxçıvanda Vasif Talıbovun “cinayətsiz toplum” yaratmaq cəhdləri bir çox böyük kriminal hadisələrin gizli tutulmasına yol açır.

“Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılovun eyni siyasəti narkotikləri yayılması məsələsinə tətbiq etməsi daha dəhşətlidir, gəncliyimizi fizikın və ruhən məhv etməyə çalışan xarici qüvvələrin də dəyirmanına su tökür. Halbuki, beynəlxalq hüquq təşkilatları və Respublika qanunvericiliyi narkotiklərə qarşı mübarizədə hər hansı güzəştə getməyi istisna edir. Hətta Cənab Prezidentin vaxtaşır çıxardığı əvf fərmanlarına belə nartokitlərin satışı ilə məşğul olanların adları salınmır. Bu da Azərbaycan rəsmilərinin narkotik bəlası ilə qəti mübarizə əzmini göstərən ən mühüm dəlillərdəndir. Naxçıvanda isə “0 cinayət” siyasəti nəticəsində narkotiklərlə mübarizə aparılmaması kimlərinsə qazanc mənbəyinə çevrilib, nəticədə bölgə böyük təhlükə qarşısında tam müdafiəsiz qalıb”, – həmsöhbətimiz belə deyib.

Naxçıvan daxili işlər naziri Rəşad İsmayılovun göstərişi ilə bir çox cinayət hadisələrinin rüşvət müqabilində üstünün bağlandığını iddia edən qaynağımız bildirib ki, bəzən əlində külli miqdarda narkotik tutulan şəxslərdən müsadirə olunmuş uyuşdurucuların miqdarı azaldılır və bu faktlar inzibati icraat şəklində sənədləşdirilir: “Burda məqsəd əslində həmin narkotik satıcısına jest etmək deyil, fürsətdən yararlanmaqdır. Belə ki, həmin narkobaronlardan astronomik miqdarda pullar alınır və onun fəaliyyətinə göz yumulur. Bütün bunlar 01.112021-ci il tarixdə Naxçıvan MR DİN-in struktrunda Narkotiklərlə Mübarizə Şöbəsinin ləğv edilməsinin əsl səbəbini ortaya qoyur. Narkotikin ölkəmizdə geniş vüsət aldığı bir vaxtda Naxçıvan Daxili işlər naziri Rəşad İsmayılov öz cibini doldurmaq bahasına millətin qanını zəhərləyir. Bununla bağlı kifayət qədər faktlar və sübutlar var”.

Həmsöhbətimizin fikrincə, Muxtar Respublikada narkobaronlara şərait yaradılması 2 səbəbdən qaynaqlanır:

“1. Rəşad İsmayılovun öz cibini doldurması.

2 Vasif Talıbov tərəfindən verilmiş tapşırığa uyğun olaraq Naxçıvanın “Cinayətsiz region” statusunu suni surətdə qoruyub saxlamaq. Məhz bu səbəbdən son dövrlər Naxçıvan MR DİN-də narkotik faktları da qeydiyyata alınmır”.

Mənbəmizin iddiasına görə, Vasif Talıbovun “0 cinayət strategiyası” çərçivəsində Naxçıvanda digər ağır cinayətləri törədənlərə də xüsusi “humanizm”lə yanaşılır. Di gəl ki, Naxçıvanda baş alıb gedən haqsızlığa qarşı etiraz səsini qaldıran günahsız vətəndaşlar ən ağır cəzaya layiq görülürlər: “Vəziyyət o həddə çatıb ki, hətta adam öldürməyə cəhd göstərənlər barəsində belə, heç bir cinayət işi açılmır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir