Cəmiyyət

“Dəfələrlə zəng də etmişəm, telefon götürülmür…” – ETİRAZ

Şəmkir sakini müəllim kimi qeydə alınmamasından şikayətçidir. DİA.AZ xəbər verir ki, bu barədə, Rövşən Dostumalıyev göndərdiyi şikayətdə məlumat verib. R. Dostumalıyev bildirib ki, o, 2005-ci ilin sentyabr ayından təyinatla Şəmkir rayon, Ə. Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinə tarix müəllimi kimi qəbul olunub. 2016-ci ildən isə həmin məktəbin Tədris İşləri üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

“2017-ci ildə Müəllimlərin Diaqnostik qiymətləndirməsində ixtisasım üzrə iştirak edərək 51 bal, 2018-2022-ci illərdə isə MİQ imtahanından 53 bal toplamışam. Bu il müəllimlərin yerdəyişmə müsabiqəsinə müraciət etmişəm. Ancaq cavab olaraq bildirildi ki, müsabiqə müddətsiz müqavilə ilə işləyən müəllimlər üçündür. Mən müəllim vəzifəsində işləmədiyim üçün müraciət edə bilmərəm”.

Şikayətçi deyir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Qaynar xəttinə zəng edib. Nazirlikdən bildirilib ki, onun adı sistemdə müəllim kimi göstərilməyib.

“Məsləhət gördülər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) zəng edim. Qaynar xəttə zəng etdim, oradan da dedilər ki, səni işə götürən müəssisə ilə danış. Bu dəfə də Təhsil Nazirliyinin nəzdində olan İnsan Resurslarının rəsmi Facebook səhifəsinə mesaj yazdım. Ancaq hələ də mesajıma cavab yazılmayıb. Dəfələrlə zəng də etmişəm, telefon götürülmür”.

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir