Cəmiyyət

Saleh Rüstəmli əfv edildi

Siyasi baxışlarına görə həbs olunduğu iddia edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib.

Onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb.

Qeyd edək ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Ötən ilin sonlarında həbsinə etiraz olaraq 41 gün aclıq aksiyası keçirib. Daha sonra yaxınlarının təkidlərindən sonra qida qəbul etməyə başlayıb. Onun siyasi baxışlarına görə həbs olunduğu da iddia edilirdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir