Cəmiyyət

“Ziyəddinoğlu”MMC Qarabağ Veteranının evini əlindən aldı – Ölkə Başçısına müraciət etdi

[center][medium]https://gundem.media/uploads/posts/2022-06/1654083820_1654082888_10.jpg[/medium][/center]

“Ziyəddinoğlu”MMC qarabağ veteranının evini pilot layihə çərçivəsində söküb qarşılığında yeni mənzil veriləcəyini vəd etsədə verdiyi vədə əməl etmiyərək qarabağ veteranın evini əlindən alıb.

Sayta şikayət edən 1-ci qarabağ veteranı Qarayev Zakir Kərəm oğlu, ölkə başçısı cənab prezident İlham Əliyevdən, 1ci vitse- prezident Mehriban xanım Əliyevadan, Baş prokuror Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevdən, media vasitəsi ilə kömək istəyir.

Hörmətli ölkə başçısı Cənab prezident İlham Əliyev sizin şəhid ailələrinə,qazilərə,və biz qarabağ veteranlarına ayırdığınız diqqəti, göstərdiyiniz nəvaziş danılmazdır.Biz bu xüsusi qayğını hər zaman hiss etmişik və hiss edirik.

Lakin bəzi məmur çətiri altında gizlənən sahibkar adı altında fəaliyyət göstərən cəlladlar bizi əzməkdə aşağılamaqda davam edir.

Cənab prezident! Bildirmək istəyirəm ki,
mən Qarayev Zakir Kərəm oğlu, ailəmlə illərdir Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi ev 29 mənzil 41də 1990-cı ildən 2017 ci ilə qədər yaşayırdım.
Lakin 2017 ci ildə pilot layihə çərçivəsində guya ki, evimizi söküb yerində yeni inşa edilən “White Towers” adlı binadan bizə ev veriləcəyi vəd edildi və müddətcə, bizi kirayə çixardacaqları halda hər ay kirayə pulu veriləcəyi bildirildi, və müqaviləmiz bağlandı. Mənzilimiz hazır olanda yeni evimizə guya ki köçəcəkdik.

Təssüflər olsun ki, 5 ildir biz kirayələrdə rəsmən sürünürük aylıq kirayə haqqımız belə verilmir, evimizə köçmək istəyəndə hər dəfəsində şirkətin direktoru kimi özünü təqdim edən Elvin adlı şəxs vasitəsi ilə, yalandan vədlər verilərək yola salınırıq.Hər dəfəsində isə bizə gündə bir ev göstərilir, sonra evimizin sənədlərini istəyəndə məlum olur ki Elvin adlı şəxs bizi aldadır həmən ev başqasına verilib.

Cənab prezident sizdən xahiş edirəm məni və ailəmi bu cəlladların əlindən xilas edəsiz sizə güvənib sığınıram.
Əks halda artıq intihar həddinə çatmışam.
Hörmətlə dövlətini dövlətçiliyini daim sevən 1-ci qarabağ veteranı Qarayev Zakir Kərəm oğlu

Xatırladaq ki, “Ziyəddinoğlu”MMC haqqında bir çox şikayətlər media vasitəsilə dəfələrlə yayımlanıb.

Maraqlısı odur ki, bu “Ziyəddinoğlu”MMC haqqında hələdə bir ölçü götürülməyib.Korrupsiya.az

[center][medium]https://gundem.media/uploads/posts/2022-06/1654083876_1654083298_14.jpg[/medium]
[medium]https://gundem.media/uploads/posts/2022-06/1654083816_1654083287_13.jpg[/medium]
[medium]https://gundem.media/uploads/posts/2022-06/1654083834_1654083327_12.jpg[/medium]
[medium]https://gundem.media/uploads/posts/2022-06/1654083830_1654083364_11.jpg[/medium][/center]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir