“Deməli, dünən (30.05.2022) yoldaşlarla getmişik “Badamd’Art Hotel”ə səhər yeməyi yeməyə. Öncədən də rezervasiya etmişdik. İçəriyə daxil olanda qarşılama, məkanın interyeri, eksteryeri, yeməyi gözəl idi taaaa ki, vaxt gəlib çatdı bu anı ölümsüzləşdirmək üçün şəkil çəkməyə”. DİA.AZ xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Osman Şəkinski adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: “Özümüz ilə fotoaparat gətirmişik, başladıq şəkillərimizi çəkməyə və bu an administrator gəlib dediki “burda fotoaparat ilə şəkil çəkməyə icazə verilmir, amma belə öz telefonlarınız ilə şəkil çəkdirə bilərsiz.” DİQQƏT “fotoaparat ilə OLMAZ, amma TELEFONLA olar)). Soruşdum ki, “buranın fotoqrafı var şəklimizi çəkməyə? Qiymət nə qədərdi?” Administrator cavabında dediki, “150 manat ödəniş edin və öz fotoaparatınızla istədiyiniz qədər şəkillər çəkə bilərsiz.” Cavabında dedimki, “150 manata fotosessiya edir camaat.” Burda belədi dedi. İndi siz fikirləşində bu analoqu olmayan restoran qərarı, nə dərəcədə düzgündü? Dövlət strateji obyektdi nədi)) Baxın sonrada əksəriyyəti bar bar bağırır ki, ölkədə turizm belə oldu – elə oldu. Bu gedişlə turizmdə hansı irəliləyişi gözləmək olar?”
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…