Məşhur Türkiyə şirkəti “Azərişıq”ı faizə bağlayıb? – Məhkəməyə səbəb olan mübahisə ilə bağlı ŞOK İDDİA
Xəbər verdiyimiz kimi, “Azərişıq” ASC Türkiyə şirkəti “Aselsan Bakü” tərəfindən məhkəməyə verilib.
Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
AMİA.AZ olaraq “Azərişıq” sözügedən şirkət arasındakı çəkişmənin kökünü araşdırdıq.
“Azərişıq” ASC-nin adının açıqlanmasını istəməyən rəsmisinin bildirdiyinə görə, “Aselsan Bakü” ilə aralarındakı problem artıq bir neçə aydır yaranıb.
İddiaya görə, problemin yaranmasına səbəb xidmət haqqı qarşılığı olaraq ödənilməli olan pul ASC tərəfindən gecikdirilib.
Belə ki, “Aselsan Bakü” “Azərişıq” ASC-ni “ratsiya” (telsiz) ilə təmin edib. Lakin “Azərişıq” ödəmələri gecikdirib.
ASC-nin redaksiyamıza dediyi məlumatda iddia edilir ki, bununla bağlı möhlət istəsə də şirkət razılaşmayıb, hətta üzərinə faiz gəlib. Bu da borcun daha da artmasına səbəb olub.
Qeyd edək ki, “Aselsan Bakü” şirkəti 11 fevral 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalının dəyəri 1735212 Dollar olan şirkətin qanuni təmsilçisi Ozgur Kurumdur.
“Aselsan Bakü” telekommunikasiya şirkətidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nicat Ocaqlı
[center][medium]https://gundem.media/uploads/posts/2022-06/1654367269_1654367030_whatsapp-mage-2022-06-04-at-22_05_41.jpeg[/medium][/center]