Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin icra etdiyi “Şəhidlərimizin tanıdılması məqsədi ilə “Vətən yolu” sənədli filmin çəkilməsi” adlı layihənin maliyyə dəstəyini Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi verib.
2021-ci ildə elan olunmuş kiçik qrand layihələri müsabiqəsində qalib olan təşkilatımızın məqsədi vətən uğrunda şəhid və qazi olmuş vətən oğullarının tanıdılmasıdır. Layihənin icrası məqsədi ilə “Vətən yolu” filminin Yardımlı və Beyləqan rayonlarında nəzərdə tutulan çəkilişləri artıq başa çatib. Haqqında film çəkiləcək şəhidlərimizin biri 1992-ci ildə Qarabağda Vətən müharibəsində 27 yaşında şəhid olmuş Yaqublu Telmanın oğlu Yaqublu Fərman Telman oğlu da 2020-ci ildə 44 günlük Vətən müharibəsində 27 yaşında şəhid olmuşdur. Digər şəhidimiz isə Yardımlı rayonunun Çayüzü kəndindən olan qazi Elşən Aslanovun 2020-ci ildə vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Tural Aslanovdur. Filmdə hər iki şəhidin həyatı işıqlandırılıb. Layihəmizin icrası məqsədi ilə çəkilmiş “Vətən yolu” filmi artıq hazırdır. 16 may 2022-ci il tarixində saat 12-00 da Beyləqan rayon Mədəniyyət evində “Vətən yolu” filminin təqdimat tədbiri keçirildi. Tədbirdə Fərman və Telman Yaqubluluların yaxıları, ailə üzvləri, ictimaiyyət nümayəndələri, şagirdlər, qazilər, Beyləqan rayonundan olan digər şəhidlərin ailələri iştirak etdilər. Tədbiri Beyləqan rayon Mədəniyyət evinin əməkdaşı Elnur Qarabağlı açıq elan etdi. Şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqələlik sükut elan olundu. Sonra isə Azərbaycanın Dövlət himni səsləndirildi. İlk söz layihə rəhbəri Radə Abbasa verildi. Radə Abbas Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və layihə haqda geniş məlumat verdi. Layihənin Yardımlı və Beyləqan rayonlarında icra edilməsi səbəbini çatdırdı. Bu bizim vətənimizdir, vətən uğrunda savaşıb şəhid olanın köhnəsi təzəsi olmaz dedi.
Tədbirin aparıcısı ilk sözü şəhid Fərman Yaqublunun anasına və yaxınlarına verldi. Sonra söz Beyləqan Rayon icra hakimiyyətinin şöbə müdiri qazi Heybət Əliyev verildi. Heybət Əliyev filmin Beyləqan rayon şəhidləri haqda çəkildiyi üçün öz təşəkkürünü bildirdi. Beyləqan rayon sakini qazi Asif Quliyev layihənin icrasının Beyləqan rayonunda həyata keçirdiyi üçün öz təşəkkürünü bildirdi. Ata oğul şəhidlər haqda xatirələrini bölüşdü. Şəhid oğulun və şəhid atanın döyüş dostları çıxış etdilər. Çıxış edən hər kəs şəhidlərin xatirələrinin əbədiləşdirilməsinə görə filmi ərsəyə gətirənlərə təşəkkür etdi.
Sonda layihə rəhbəri Radə Abbas çıxış edərək tədbirin təşkilində əməyi olan və məsuliyyətsiz yanaşanlar haqda iştirakçılara məlumat verdi.
Rayon İcra Hakimiyyətinin müavini Yeganə Məmmədovanın şəhidlərə qarşı laqeyd münasibətinin yaxşı əlamət olmadığı bildirdi.
Tədbir iştirakçılarına filmə aid disklər paylanıldı.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin!.
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas