Cəmiyyət

“RİA Novosti”-nin “bloklanması” kimlərə mesajdır? – AKTUAL

 

Ötən həftə Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırıldı. Əslində bu çoxdan gözlənilən bir addım idi. Çünki, Rusiyanın bu informasiya Agentliyi bütün zamanlarda Azərbaycana qarşı qərəzli olub, ölkəmizlə bağlı məsələlərdə birtərəfli mövqe tutub.

Baxmayaraq ki, “RİA Novosti” Rusiyanın dövlət büdcəsindən maliyyələşən bir orqandır. Belə bir orqanın başlığa və yaxud müzakirəyə çıxardığı məsələ təbii ki, çox zaman dövlətin mövqeyi kimi başa düşülür. Ona görə də Agentliyin anti-Azərbaycan mövqeyi anlayışla qarşılanmayıb, heç bir qonşuluq və dostluq – sığmayıb.

Yada salaq ki, bu Agentlik son Ermənistan-Azərbaycan münaqişəsi ilə həmyaşıddır. 1987-ci ilin noyabrından 1988-ci ilin yanvarına qədər Qafan, Mehri və Masisdə azərbaycanlılara qarşı ilk talanlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ilk qaçqınların oradan deportasiya edilməsindən tutumuş Qarabağı və ətraf ərazilərin ermənilər tərəfindən işğal edilməsinə, Xocalıda Meşəlidə, Qaradağlıda ermənilərin törətdiyi soyqrımına qədər bütün məsələlərdə RİA Novosti bir qayda olaraq ermənipərəst mövqedən çıxış edib.

Müharibədən sonrakı illərdə də bu agentlik ancaq dezinformasiya ilə məşğul olub. 44 günlük müharibədə və ondan ötən 1.7 ay müddətində də agentlik qərəzli mövqedən əl çəkməyib, hər vəchlə Azərbaycan həqiqətlərinə kölgə salıb. Ona görə də Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin son qərarı cəmiyyətdə məmnunluqla qarşılanıb. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Razi Nurullayev dedi ki, çox düzgün qərardır. Bu Agentlik neçə illərdir ki, Azərbaycanın ərazi bütövlüyünə zidd xətt yürüdür:

“Separatçı erməniləri hər zaman rəsmi tərəf kimi təqdim edir. Üstəlik, separatçıların bədnam niyyətlərini açıq şəkildə təbliğ edirlər. Bu isə iki srtateji tərfdaş olan Rusiya-Azərbaycan əlqələrinə ciddi zərbə vurur, mehriban qonşuluğa xələl gətirir”.

Millət vəkili qürurlu Azərbaycanın bundan sonra da bütün məsələlərdə prinsipial mövqe tutacağına inandığını bildirdi:

“İnanıram ki, bu cəza tədbirlrinin davamı gələcək. Azərbaycanın yüksək hörmətə layiq olduğunu hər bir təşkilat nəhayət ki, başa düşəcək. Mən bu qərarı sadəcə alqışlayıram”.

Tanınmış jurnalist, millət vəkili Aqil Abbas isə məsələ ilə bağlı Bizim.Media-ya bunları dedi:

“Qərarı müsbət qarşılayıram. Amma bu məsələnin hələlik yarısıdır. Bu gün istər “RİA Novosti”, istərsə də digər nəşrə Azərbaycanda blok qoyula bilər. Bu isə o deməkdir ki, o nəşrlər bizdə oxunmayacaq. Amma başqa ölkələrdə oxunur ki,..

Bu məsələni kompleks şəkildə etməliyik ki, Azərbaycana qarşı qərəzli mövqe tutan mətbu orqanları bütün dünyada bloklansın. Bunun da çox sadə yolu var. Kollektiv şikayət və yaxud müraciət. Bax, bunu da etsək, nə əla”.

Təbii ki, bütün məsələlərdə dövlət qurumlarından nəsə ummaq düzgün deyil. Bu kimi məsələlərdə ictimai fəallığımızı artırmalıyıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir